Qabaxlı (Keşişkənd)
Tarixi Azərbaycan əraziləri | |
Qabaxlı kəndi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | İrəvan xanlığı |
Bölgə | Dərələyəz mahalı |
İndiki adı | Qoğtanik |
Adının dəyişdirilmə tarixi | 1990 |
Sahəsi | 49.7108[1] |
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qabaxlı, Canı-Qabaxlı, Aşağı Canı — keçmiş Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Toponim türk Qabaq tayfasının adına[3], mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "qabaq tayfasına mənsub yer, kənd" mənasını bildirir. F.Kırzıoğlu göstərir ki, yayı hazırkı Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri qabaq adlanırdı[4]. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kənddə 1988-ci ilədək azərbaycanlılar yaşamış, azərbaycanlı əhalinin deportasiyasından sonra bura Qarabağdan köçmüş ermənilər yeləşdirilmişdir.[1] 1990-cı illərdə kəndin adı Qoğtanik olaraq dəyişdirilmişdir.[1] Hazırda Qoğtanik kəndi keçmiş Keşişkənd və Soylan rayonlarının ərazisi hesabına təşkil edilmiş Vayoc dzor mərzində (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayoc dzori marz) mövcud olan 44 cəmiyyətdən biri olan Qoğtanik kənd cəmiyyətini (erm.: e.ə. Գողթանիկ գյուղական համայնքի, l.ə. Qoğtanik qyuğakan hamaynki) təşkil edir.[1][5]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kəndin ərazisi dəniz səviyyəsindən 2307 metr hündürlükdə yerləşir.[6]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Dərələyəz mahalında yerləşən Aşağı Canı kəndində 10 ailədə 21 nəfəri kişilər 24 nəfəri isə qadınlar olmaqla 45 nəfər müsəlman yaşayırdı.[7]
- 1869-cu il əhalinin kameral sayımına əsasən İrəvan quberniyası, Naxçıvan qəzasının Qabaxlı kəndində (Qafqazın 5 verstlik xəritəsində "Aşağı Canı" kəndi) 18 tüstüdən ibarət azərbaycanlılar[8] məskunlaşmışdı.[9]
- 1873-cü ilin kameral siyahıyaalınmasına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Alagöz (Canıçay) çayının hər iki sahilində yerləşən və dövlət xəzinəsinə məxsus Qabaxlı kəndində 33 evdə 159 nəfəri kişilər, 109 nəfəri qadınlar olmaqla toplam 268 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar[8] yaşayırdılar.[10]
- 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, II şöbənin (Dərləyəz şöbəsi), Alagöz kənd cəmiyyəti tərkibinə daxil olan Canı-Qabaxlı (Qabaxlı/Aşağı Canı)[11] kəndində 42 evdə (təsərrüfatda)[11] şiə etiqadlı müsəlman azərbaycanlılardan[8] ibarət 429 nəfər (237 nəfəri kişilər, 192 nəfəri qadınlar) əhali yaşayırdı.[12]
- Rusiya İmperiyasının 28 yanvar – 9 fevral 1897-ci il tarixli birinci əhali sayımına əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzasının Qabaxlı kəndində 566 nəfər (312 nəfəri kişilər, 254 nəfəri qadınlar) əhali yaşayırdı və onların hamısı müsəlman idi.[13]
- 1905-ci ilə olan məlumata əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, II polis şöbəsi, Alagöz kənd cəmiyyətinə daxil olan Qabaxlı kəndində 42 evdə 316 nəfəri kişilər, 298 nəfəri isə qadınlar olmaqla 614 nəfər azərbaycanlı[8] yaşayırdı.[14][15]
- "1915-ci ilə olan Qafqaz təqvimi"nə əsasən, 1 yanvar 1914-cü il tarixinə İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, Canı-Qabaxlı kəndində əsasən azərbaycanlılardan[8] ibarət 614 nəfər əhali yaşayırdı.[16]
- Kənddə 1916-cı ildə 763 nəfər yalnız azərbaycanlı yaşamışdır.[17] 1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra geri - öz kəndlərinə dönə bilmişdilər. Burada 1922-ci ildə 59 nəfər, 1926-cı ildə 217 nəfər, 1931-ci ildə 330 nəfər yalnız azərbaycanlı yaşamışdır[17]. 1988-ci ilin noyabrın axırlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Վայոց ձորի մարզ մարզպետարան: Համայնքներ: Համայնքի մասին: Գողթանիկ Arxivləşdirilib 2014-08-06 at the Wayback Machine
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. - Türk dünyası araştırmaları, 1983,№ 26,s.1-38.s.94-95
- ↑ Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycanmənşəli toponimlərin izahlı lüğəti, «Natta Press», Bakı, 1998, s.171
- ↑ Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18 Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine
- ↑ Fallingrain Global Gazetteer: Goght'anik, Armenia Page Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Other names: Zhani Kabakhlu, Goght’anik, Ghabakhlu, Kabakhlu
- ↑ Шопен Иван Иванович. "Памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine" Санкт-Петербург, Издательство: Типография Императорской Академии Наук, 1852 г. Оглавление: Часть III, Отделение III. Народонаселение, Глава шестая. Народонаселение, 2. Число народонаселение в настоящее время, Таблица народонаселения Армянской области, стр. 619-622
- ↑ 1 2 3 4 5 Qeyd: mənbədə tatarlar olaraq göstəriliblər.
- ↑ Напечатано по распоряжению Военно-учёного комитета. Типография Товарищества "Общественная польза", по Мойке, у Круглого рынка, № 5. Эриванский губернский статистический комитет, Список населенных мест Эриванской губернии по данным камеральной переписи 1869 года . Санкт-Петербург, 1872 год, стр. 16
- ↑ Сборник сведений о Кавказе. Том V, изданный под редакцией главного редактора Кавказского Статистического Комитета Николайа Карловича Зейдлица. Тифлис, Типография Главного Управления Наместника Кавказского, 1879 год. Списки населенных мест Кавказского края. Часть I. Губернии: Эриванская, Кутаисская, Бакинская, Ставропольская и Терская область. Тифлис, Типография Главного Управления Наместника Кавказского, 1879 год. Эриванская губерния. Списки населенных мест по сведениям 1873-го (примечание: Терская область по сведениям 1874-го) года. Изданы Кавказским Статистическим Комитетом при Главном Управлении Наместника Кавказского. Составлен главным редактором Комитета Н.К. Зейдлицем. Тифлис, Типография Главного Управления Наместника Кавказского, 1879 год.Печатано с разрешения Его Императорское Высочество Наместника Кавказского. Таблицы (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine)...Эриванская губерния, Шаруро-Даралагезский уезд, населенный пункт под номером 764
- ↑ 1 2 Памятная книжка Эриванской губернии на 1906 год. Отдел третий. стр. 72
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- ↑ Первая всеобщая перепись населения Российской Империи 1897 года. Под редакцией Николай Александровича Тройницкого. Населённые места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий по данным первой всеобщей переписи населения 1897 года. Санкт-Петербург, 1905. Печатано по распоряжению Господина Министра Внутреннихъ Делъ. Типография „Общественная польза". Большая Подъяческая ул., д. № 39. Паровая Типо-Литография Н. Л. Ныркина. Измайловский полкъ, 7 рота, д. № 13. Оглавление: Губернии и области Кавказа.—>LXXI. Эриванская губерния, стр. 53
- ↑ Памятная книжка Эриванской губернии на 1908 год. Отдел третий, стр. 72-73
- ↑ "Кавказский календарь на 1915 год". Оглавление: Отдел второй, стр. 13, 17, 58
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 118
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932, էջ 92–93, 160–161; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932, стр. 92–93, 160–161; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932, səh. 92–93, 160–161