40°29′25″ şm. e. 46°46′41″ ş. u.HGYO

Qaşaltı Qaraqoyunlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaşaltı Qaraqoyunlu
40°29′25″ şm. e. 46°46′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1,3211 km²[1]
Mərkəzin hündürlüyü 335 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 833 nəf. (2015)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qaşaltı Qaraqoyunlu xəritədə
Qaşaltı Qaraqoyunlu
Qaşaltı Qaraqoyunlu

Qaşaltı QaraqoyunluAzərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndi Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdır.[3] Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.[4]

Kəndin adı qaş (dağın təpəsinin bir qədər irəliyə çıxmış üstü, dağın döşü) və alt sözlərindən, həmçinin Qaraqoyunlu etnotoponimindən ibarətdir. Kəndin adı "dağ qaşının alt tərəfindəki Qaraqoyunlu kəndi" mənasındadır.[5]

Kəndin yaranması haqqında bir neçə fərziyyə var. Bunlardan biri XIX əsrin ortalarında Qərbi Azərbaycanda Qaraqoyunlu adlı yerdə yaşayan bir qrup insanın bu əraziyə gələrək bir kənd qurmasından ibarətdir.

Kənd Naftalan şəhərindən 2.3 km məsafədə, Naftalan düzü ərazisində yerləşir. İqlimi yayda isti, qışda mülayimdir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://archive.is/lhzmG.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  4. "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı". 22 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2022.
  5. Qaşaltı Qaraqoyunlu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.