Qaş
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalə qaralama halındadır. |
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü.
Qaşın funksiyası
[redaktə | mənbəni redaktə et]Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur.
Müxtəlif mədəniyyətlərdə qaşlar
[redaktə | mənbəni redaktə et]Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Kirpik
- Göz