Qərvənd (Füzuli)
Qərvənd | |
---|---|
39°37′56″ şm. e. 47°13′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Qərvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun Dövlətyarlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində "Yıxılmış" və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində "Şahbad" adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda "Qərvənd" formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd.[2]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Qarabağ silsiləsinin ətəyindədir.[3]
Tarixi
[redaktə | vikimətni redaktə et]27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.[4]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Qafqazinfo.az. "Bu ərazilər azad edildi" (az.). Qafqazinfo.az. 27.09.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.