Qərəq
Qərəq — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki "Qırx sütun" sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi "Çiçəklər bağı" əsərində həmin rəsmdən bəhs etmişdir.
Oyunun qaydaları
[redaktə | mənbəni redaktə et]Məlumata görə, Qərəq oyununda 6–8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-"qərəq" ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.123.