Qələndər Canbaxışov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qələndər Canbaxışov
Canbaxışov Qələndər Surxay oğlu
Doğum tarixi 17 avqust 1957(1957-08-17) (67 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Uşaqları Turab,
Rövşən
Elm sahələri tibb, travmatologiya, ortopediya
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
  • Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu[d]
Təhsili
Elmi rəhbərləri Qavril İlizarov, Vladimir İvanoviç Şevtsov[d]
Tanınmış yetirmələri 1 elmlər doktoru
7 elmlər namizədi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qələndər Surxay oğlu Canbaxışov (17 avqust 1957, Daşkənd, Basarkeçər rayonu) — tibb elmləri doktoru (1999), professor (2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006–2021), ETTOİ-nun travmatologiya şöbəsinin şöbə müdiri (2021-ci ildən), AzETTOİ-nun direktoru (1999–2006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (1999–2006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000–2019) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətinin üzvü (2004), AO üsullarının tədrisinin respublika üzrə müəllimi (2017), Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı.[mənbə göstərin] Akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) fəxri professoru (2021).

Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[1][2]

1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984–1987-ci illərdə akademik Q. A. İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987–1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q. A. İlizarovun və V. İ. Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir.

1990–1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi olmuşdur. 1999–2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən 2021-ci ilədək AzETTOİ-nin "Kəskin travma" şöbəsinin elmi rəhbəri vəzifəsində işləmiş və 2021-ci ildən həmin şöbənin şöbə müdiri vəzifəsində çalışır.[1]

1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik,[3] 1999-cu ildə isə akademik V. İ. Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus. "Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза") mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır.

Bir monoqrafiyanın (həmmüəlliflərlə), 120 elmi işin, 3 patentin, 3 metodik tövsiyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələrindən bir neçəsi Rusiya, Türkiyə, İran, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi xarici ölkələrdə çap edilmiş, bir neçə regional, respublika, beynəlxalq konfransların iştirakçısı olmuşdur. Bir elmlər doktoru və yeddi elmlər namizədi yetişdirmişdir.

Dünyada ilk dəfə boyun 20–25 sm uzadılması üsullarını elmi surətdə əsaslandıraraq sistemləşdirmişdir. Respublikamızda ilk dəfə uzun borulu sümüklərin ağır deformasiyaları və qısalıqları zamanı iki və daha çox səviyyədə kortikotomiyası, poliseqmentar osteosintezi, ətraf seqmentlərinin 80–100% uzadılması üsullarını tətbiq edərək inkişaf etdirmişdir. Uzun borulu sümüklərin sınıqlarının müalicəsi üçün yeni yivli mil xarici fiksə aparatı ixtira edərək onunla osteosintez üsullarını işləyib hazırlamışdır. Çanaq sümüklərinin sınıqları zamanı Azərbaycanda ilk dəfə modifikasiya olunmuş Stoppa kəsiyi ilə sirkə kasasının osteosintezi üsullarını uğurla tətbiq etmişdir.

2000-ci ildən 2019-cu ilə qədər Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının üzvü olmuşdur. 2004-cü ildən SİCOT\SİROT-un (Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətının-Brüssel) üzvüdür.

2006-cı ildən 2021-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri, 2021-ci ildən isə travmatologiya şöbəsinin şöbə müdiri, həmçinin Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısıdır.

2 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar həkim" fəxri adına layiq görülmüşdür.

2010-cu ildə professor elmi adına layiq görülüb.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

2 noyabr 2000-ci ildə Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı (№ 416) ilə Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə Canbaxışov Qələndər Surxay oğlu "Əməkdar həkim" fəxri adı ilə təltif edilmişdir[4].

10 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyininn 129-K saylı əmri ilə Elmi Tədqiqat travmatologiya və ortopediya institunun yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq qüsursuz və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif edilmişdir.

3 mart 2021-ci ildə akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) Elmi Şurası Qələndər Canbaxışovu səmərəli elmi fəaliyyətinə və İlizarov üsulunun geniş yayılmasındakı roluna görə İlizarov Mərkəzinin Fəxri Professoru tituluna layiq görmüş və 15 iyun 2021-ci ildə akafemik Q. A. İlizarovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konfransda Fəxri Professor simvollarını təqdim etmişdir.

Əsas elmi işləri

[redaktə | mənbəni redaktə et]
  • Джанбахишов Г.С. Особенности послеоперационного течения у больных ахондроплазией при одновременном удлинении обеих голеней на двух уровнях по Илизарову //Областная медико-биологическая конференция молодых ученых и специалистов: Тез. докл. — Курган, 1987. — С.22–23.
  • Джанбахишов, Г. С. Одновременное удлинение обеих голеней по Илизарову у больных ахондроплазией, как первый этап увеличения роста : дис… канд. мед. наук / Г. С. Джанбахишов. — Курган, 1989. — 148 с.
  • Джанбахишов, Г. С. Одновременное удлинение обеих голеней по Илизарову у больных ахондроплазией, как первый этап увеличения роста: автореф. дис. канд. мед. наук / Г. С. Джанбахишов; РНЦ "ВТО" им. акд. Г. А. Илизарова. Курган, 1989. — 23 с. [1]
  • Ахондроплазия. Билокальный дистракционный остеосинтез голени: пособие для врачей / МЗ РФ. РНЦ "ВТО"; сост.: А.В. Попков, Е.В. Диндиберя, А.А. Щукин, Г.С. Джанбахишов. — Курган, 1998. — 24 с.
  • Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза: автореф. дис. … д-ра мед. наук / Г. С. Джанбахишов ; Перм. гос. мед. академия. – Пермь , 1999. — 33 с.
  • Ахондроплазия-руководство для врачей – Москва: Медицина, 2001. – 352с. (həmmüəllif.);
  • Bud sümüyünün diafizar sınıqlarının müalicəsində yeni yivli mil aparatının tətbiqi.//Azərbaycan Tibb Jurnalı, 2005, № 1, s.122–124;
  • Лечение переломов диафиза бедренной кости стержневым аппаратом нашей конструкции.//Современные технологии в травматологии и ортопедии.- сб. тезисов Всероссийской науч.-практ.конференции.- Москва, 17–18 мая 2005., с.117–118. (с соавт);
  • Джанбaхишов Г.С. Лечение переломов диафиза бедренной кости стержневым аппаратом нашей конструкции [Текст] / Г.С. Джанбaхишов, А.Г. Гахраманов, В.Н. Махмудов: сб. тезисов "Современные технологии в травматологии и ортопедии". — Москва, 2005. — С. 117–118.
  • Principles of external osteosynthesis of multiple lower limbs fractures.//SIKOT/SIROT 2005 XXIII World Congress. 2–9 September, 2005. Istanbul, Turkey. p. 148. (həmmüəllif.).
  • The use of the pin device of our Design for treatment of Femoral shaft fractupes //5-th Meeting of the A. S. A. M. I. international program and abstract Book St. Petersburg. 2008. p. 230–231
  • Оптимальное применение аппаратов внешней фиксации при лечении множественних переломов нижних конечностей// Экспериментальная и клиническая медицина. 2009. № 4(48). с.36–40.
  • Лечение билатеральных переломов бедренных костей аппаратами наружной фиксации. Г.С. Джанбахишов, Ш.Б. Акберов. "Ортопедия, травматология и протезирование" 2010, No 2: 81–82. ISSN 0030–5987
  • Джанбахишов Г.С. Наш опыт остеосинтеза чрезвертельных и подвертельных переломов бедренной кости стержневыми аппаратами наружной фиксации у лиц пожилого возраста / Г.С. Джанбахишов, Р.Р. Талышинский, Ш.Ш. Гаджиев, И.Ф. Агабеков // Літопис травматології та ортопедії. — 2012. — № 1–2. — С. 161–163. — Режим доступу: http://nbuv.gov.ua/UJRN/Lto_2012_1-2_47.

Publisistik məqalələri

[redaktə | mənbəni redaktə et]
  • "Adı qızıl hərflərlə yazılmağa layiq olan insan", "Bir şair yol gedir" kitabı, Bakı, "Nurlan", 2002. səh.30.

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • Eldar Sadıq. "Hallalıq üstündə köklənə bilən" məqaləsi, "50 cərrahın ömür yolu" kitabı, Bakı, "Nərgiz", 2004. səh.25–33.
  • Elçin İsgəndərzadə. "XXI əsr Azərbaycan ziyalıları", Bakı, "Vektor" Beynəlxalq Elm Mərkəzi, 2003. səh.49.
  • Elçin İsgəndərzadə. "Azərbaycanın tanınmış alimləri", Bakı, "Vektor" Beynəlxalq Elm Mərkəzi, 2003. səh.28.
  • Elçin İsgəndərzadə, V. Aslan. "İlin ziyalısı" – B.: "Vektor" Nəşrlər evi, 2006. [2006–78842] səh.81–96.
  • Xasay Zeynalov. "Qələndərin" şeiri, "Göyçəsiz günlərim" kitabı, Bakı, "Nurlan", 2006. səh.186–187.
  • Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "Е. L.", 2007. səh.113.
  • Bitməyən ömür (film, 2013)
  1. Salman Vilayətoğlu, "Oğuz elinin müqəddəs ocağı: Göyçə", Bakı: "TS", 2006. səh.216.
  2. "Azərbaycan ortopediya və travmatologiya jurnalı". (Elmi-praktik jurnal), № 2, iyul-dekabr, 2007-ci il, səh.116.
  1. 1 2 "Azərbaycanda müasir travmatologiya və ortopediyanın aktual problemləri" — Tibb elmleri doktoru Qələndər Canbaxışovla müsahibə Arxivləşdirilib 2014-03-26 at the Wayback Machinesaglamxeber.com saytı
  2. "Canbaxışov Qələndər" (az.). ettoi.az (2023-12-21 tarixində nəşr olunub). 2023-10-11. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  3. "ДИССЕРТАЦИИ: Кандидатские - 11". ilizarov.ru. ФГБУ «РНЦ «ВТО» им. акад. Г.А. Илизарова» Минздрава России. 2016. 2018-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2016.
  4. "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2 noyabr 2000-ci il tarixli 416 saylı Fərmanı". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]