Qızılgül inqilabı
Qızılgül inqilabı | |||
---|---|---|---|
ვარდების რევოლუცია | |||
Tarix | 2 noyabr 2003 – 4 yanvar 2004 | ||
Yeri | Gürcüstan | ||
Səbəbi |
Eduard Şevardnadzenin diktaturalığı Xalqın ayaqlaması |
||
Nəticəsi |
Birləşmiş Milli Hərəkatının qələbəsi Eduard Şevardnadzenin istefası Mixeil Saakaşvilinin hakimiyyətə gəlməsi Gürcüstanın bayrağının və gerbinin dəyişməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab |
---|
Kateqoriya |
Qızılgül inqilabı (gürc. ვარდების რევოლუცია - Vardebis Revolutsia / Qızılgül inqilabı) — Gürcüstanda 2003-cü ildə Dövlət Başçısı Eduard Şevardnadzenin vəzifəsini buraxmaq məcburiyyətində qalmasıyla nəticələnən sülh xalq hərəkatı.
Siyasi şərait
[redaktə | mənbəni redaktə et]Eduard Şevardnadze, 1992-ci ildən bəri (1995 etibarən dövlət başçısı olaraq) Gürcüstanı idarə edirdi. Onun dövründə hökumətlər və dövlət başçısının ailəsi, rüşvətlə anılmağa başladı. Digər tərəfdən ölkə iqtisadiyyatı heç bir inkişaf göstərə bilmədi və Gürcüstan, Avropa standartlarına görə kasıb bir ölkə halına gəldi. Rusiyanın dəstəklədiyi iki separatçı bölgə olan Abxaziya və Cənubi Osetiya, Tbilisi rəhbərliyinin nəzarəti xaricində qaldı. Yarı separatçı Aslan Abaşidze rəhbərliyi altındakı Acarıstanda həqiqətən mərkəzi rəhbərliyin nəzarəti xaricində idi. Bu siyasi və iqtisadi böhran içində 2 noyabr 2003 tarixində parlament seçkiləri keçirildi. Eduard Şevardnadzenin siyasi ittifaqı "Yeni Gürcüstan Üçün" və Aslan Abaşidzenin "Gürcüstan Demokratik Oyanış Birliyi" qarşısında, Mixail Saakaşvilinin "Birləşmiş Milli Hərəkat"ı, parlament başçısı Nino Burcanadze ilə köhnə parlament başçısı Zurab Jvanianın "Burcanadze-Demokratla " partiyası seçkilərə girdi.
Seçkilər və etirazlar
[redaktə | mənbəni redaktə et]2 noyabr 2003 tarixində keçirilən parlament seçkiləri, milli və beynəlxalq müşahidəçilər tərəfindən izlənildi. Mixail Saakaşvili seçkilərə hiylə qarışdırıldığını irəli sürdü və bu vəziyyəti beynəlxalq müstəqil təşkilatlar da dəstəklədi. Ardından Tbilisidə rəhbərliyə qarşı sülhsevər nümayişlər təşkil başladı. Bu nümayişlərə demokratik müxalifət güclərin haradasa hamısı qatıldı.
Noyabr ortalarında, Tbilisi küçələrindəki demokratik nümayişlərə, Gürcüstanın başlıca şəhər və qəsəbələrində Kmara ("Yetər") adlı gənclik hərəkatının təşkil etdiyi nümayişlər əlavə edildi. Bu nümayişlərə QHT-lərdə aktiv olaraq qatıldılar. Yarı separatçı Aslan Abaşidze, Şevardnadze rəhbərliyinə dəstək verdi və Acarıstandan Tbilisiyə nümayişçilər göndərdi.
İqtidar dəyişikliyi
[redaktə | mənbəni redaktə et]22 Noyabrda nümayişlər kuliminasiya nöqtəsinə çatdı və yeni parlamentin açılışı zamanı, Şevardnadzenin danışma etdiyi sırada, Mixail Saakaşvili rəhbərlik etdiyi nümayişçilər əllərində qırmızı güllərlə (hərəkat adını buradan almışdır) parlament binasına girdilər. Şevardnadze, danışmasını yarıda kəsərək qorumaları yoldaşlığında parlament binasını tərk etmək məcburiyyətində qaldı. Seçkin hərbi birliklərin nümayişlərə müdaxilə etməyi rədd etdikden sonra Şevardnadze, 23 Noyabrda, müxalifətin liderləri Saakaşvili və Zurab Jvania ilə görüşərək vəziyyət qiymətləndirməsi etdi. Bu görüşməyə, bu vaxt Tbilisiyə gedən Rusiya xarici işlər naziri İqor İvanov vasitəçilik etdi. Bu görüşün ardından Şveardnadze, dövlət başçılığı vəzifəsindən ayrıldığını bildirib. Tbilisi küçələrində 100.000-dən çox göstərici, havaya fişənglər ataraq, konsertlər və rəqslərlə zəfəri qeyd etdilər.
Yeni seçkilərə qədər parlament başçısı Nino Burcanadze, konstitusiya gərəyi dövlət başçılığı vəzifəsini icra etdi. 4 yanvar 2004 tarixində dövlət başçılığı seçkilər keçirildi və Saakaşvili, səslərin əzici əksəriyyətini alaraq dövlət başçısı seçildi və 25 Yanvarda vəzifəsinə başladı. 28 Mart tarixində keçirilən parlament seçkilərini də əzici əksəriyyətlə Milli Hərəkət-Demokratlar qazandı.
Acarada Qızılgül inqilabı
[redaktə | mənbəni redaktə et]may 2004də, "İkinci Qızılgül inqilabı" olaraq adlandırılan xalq hərəkatı Acarıstan Muxtar Respublikasının rəhbərlik mərkəzi Batumidə reallaşdı. Acarıstan Muxtar Respublikasını bir diktator kimi idarə edən Aslan Abaşidze və dövlət başçısı Mihxail Saakaşvili arasındakı gərginliyinin ardından, Birləşmiş Milli Hərəkat və Kmara tərəfindən hərəkətə keçirilən minlərlə Acaralı, Abaşidzenin diktator rəhbərliyini, ayrı-seçkiliyinə etiraz etməyə başladı. Abaşidze, təhlükəsizlik güclərindən istifadə edərək Batumi və Kobuleti küçələrindəki nümayişləri dağıtdı. Ancaq nümayişçilərin sayı gedərək daha da artdı. 6 may 2004 tarixində etirazlara qatılan bütün Acaralılar Batumda toplandı. Ardından Gürcüstan Baş naziri Zurab Jvania və Daxili İşlər naziri Giorgi Baramidze ilə Acara Muxtar Respublikası Daxili İşlər naziri Camal Gogitidze arasında bir görüş keçirildi. Görüşmənin əsas mövzusu, avtonom rəhbərliyin sərhədi olan Çoloxi çayı sahilindəki silahlı birliklərin çəkilməsi oldu. Bu vaxt Abaşidzenin əmri ilə, Çoloxi Körpüsü havaya uçuruldu. Sonunda Abaşidze Moskvaya getmək və Rusiyaya sığınmaq məcburiyyətində qaldı. Sabahısı gün Dövlət Başçısı Saakaşvili, Batumini ziyarət etdi və zəfəri qeyd edən Acaralılara azadlıq sözü verdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Wheatley, Jonathan (2005). Georgia From National Awakening to Rose Revolution. Burlington, VT: Ashgate. pp. 85, 155.
- Welt, Cory (2006). "Georgia's Rose Revolution: From Regime Weakness to Regime Collapse". Center for Strategic and International Studies.
- Bunce, Valerie (2011). Defeating Authoritarian Leaders in Postcommunist Countries. NY: Cambridge University Press. p. 156.
- Welt, Cory (2006). "Georgia's Rose Revolution: From Regime Weakness to Regime Collapse". Center for Strategic and International Studies.
- Welt, Cory (2006). "Georgia's Rose Revolution: From Regime Weakness to Regime Collapse". Center for Strategic and International Studies.
- Bunce, Valerie (2011). Defeating Authoritarian Leaders in Postcommunist Countries. NY: Cambridge University Press. p. 157.
- Welt, Cory (2006). "Georgia's Rose Revolution: From Regime Weakness to Regime Collapse". Center for Strategic and International Studies.
- Fairbanks, Charles (2004). "Georgia's Rose Revolution". Journal of Democracy. 2 15: 113.
- Wheatley, Jonathan (2005). Georgia From National Awakening to Rose Revolution. Burlington, VT: Ashgate. p. 145.
- Wheatley, Jonathan (2005). Georgia From National Awakening to Rose Revolution. Burlington, VT: Ashgate. pp. 146–147.
- Wheatley, Jonathan (2005). Georgia From National Awakening to Rose Revolution. Burlington, VT: Ashgate. p. 146.
- Tudoroiu, Theodor (2007). "Rose, Orange, and Tulip: The Failed post-Soviet Revolutions". Communist and Post Communist Studies 40 (1): 322.
- Wheatley, Jonathan (2005). Georgia From National Awakening to Rose Revolution. Burlington, VT: Ashgate. p. 179.
- Bunce, Valerie (2011). Defeating Authoritarian Leaders in Postcommunist Countries. NY: Cambridge University Press. p. 155.
- Welt, Cory (2006). "Georgia's Rose Revolution: From Regime Weakness to Regime Collapse". Center for Strategic and International Studies.
- Welt, Cory (2006). "Georgia's Rose Revolution: From Regime Weakness to Regime Collapse". Center for Strategic and International Studies.
- Fairbanks, Charles (2004). "Georgia's Rose Revolution". Journal of Democracy. 2 15: 113.
- Fairbanks, Charles (2004). "Georgia's Rose Revolution". Journal of Democracy. 2 15: 113.
- Bunce, Valerie (2011). Defeating Authoritarian Leaders in Postcommunist Countries. NY: Cambridge University Press. p. 155.
- Welt, Corey. "Causes of the Rose Revolution". Presented to the United States Agency for International Aid: 8.
- Anable, David (2006). "The Role of Georgia's Media and Western Aid in the Rose Revolution". The Harvard International Journal of Press/Politics 11 (7): 14.
- Anable, David (2006). "The Role of Georgia's Media and Western Aid in the Rose Revolution". The Harvard International Journal of Press/Politics 11 (7): 15–16.
- Fairbanks, Charles (2004). "Georgia's Rose Revolution". Journal of Democracy. 2 15: 113.
- Anable, David (2006). "The Role of Georgia's Media and Western Aid in the Rose Revolution". The Harvard International Journal of Press/Politics 11 (7): 16–17.
- Anable, David (2006). "The Role of Georgia's Media and Western Aid in the Rose Revolution". The Harvard International Journal of Press/Politics 11 (7): 17.
- Anable, David (2006). "The Role of Georgia's Media and Western Aid in the Rose Revolution". The Harvard International Journal of Press/Politics 11 (7): 20.
- de Wall, Thomas (2010). The Caucasus: An Introduction. Oxford: Oxford University Press. p. 192.
- Papava, Vladimer (2006). "The Political Economy of Georgia's Rose Revolution". Orbis 50 (4): 660.
- Welt, Corey. "Causes of the Rose Revolution". Presented to the United States Agency for International Aid: 8.
- Bunce, Valerie (2011). Defeating Authoritarian Leaders in Postcommunist Countries. NY: Cambridge University Press. p. 154.
- de Wall, Thomas (2010). The Caucasus: An Introduction. Oxford: Oxford University Press. p. 192.
- Taylor, John (2004). "Economic Freedom and Georgia's Rose Revolution". Presented to the Caucasus Business School.
- Tudoroiu, Theodor (2007). "Rose, Orange, and Tulip: The Failed post-Soviet Revolutions". Communist and Post Communist Studies 40 (1): 320.
- Papava, Vladimer (2006). "The Political Economy of Georgia's Rose Revolution". Orbis 50 (4): 661.
- Wheatley, Jonathan (2005). Georgia From National Awakening to Rose Revolution. Burlington, VT: Ashgate. pp. 85, 155.
- Tudoroiu, Theodor (2007). "Rose, Orange, and Tulip: The Failed post-Soviet Revolutions". Communist and Post Communist Studies 40 (1): 320.
- Tudoroiu, Theodor (2007). "Rose, Orange, and Tulip: The Failed post-Soviet Revolutions". Communist and Post Communist Studies 40 (1): 319–321.
- Taylor, John (2004). "Economic Freedom and Georgia's Rose Revolution". Presented to the Caucasus Business School.
- OSCE Parliamentary Assembly President Visits Georgia. Civil Georgia. 21 Nov.'03
Jump up ^ Stephen Jones, "Georgia’s "Rose Revolution" of 2003: Enforcing Peaceful Change", in Adam Roberts and Timothy Garton Ash (eds.), Civil Resistance and Power Politics: The Experience of Non-violent Action from Gandhi to the Present. Oxford & New York: Oxford University Press, 2009, pp. 317–334. ISBN 978-0-19-955201-6.[1]
- http://www.defenddemocracy.org/in_the_media/in_the_media_show.htm?doc_id=225687
- http://archive.newsmax.com/archives/articles/2005/5/31/164945.shtml
- Bunce, V. J & Wolchik, S. L. International diffusion and postcommunist electoral revolutions Communist and Post-Communist Studies (2006) V.39 No 3 p. 283–304
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Michael Barker, "Regulating revolutions in Eastern Europe: Polyarchy and the National Endowment for Democracy" Arxivləşdirilib 2007-02-25 at the Wayback Machine, 1 November 2006
- Dan Jakopovich, The 2003 "Rose Revolution" in Georgia: A Case Study in High Politics and Rank-and-File Execution, Debatte: Journal of Contemporary Central and Eastern Europe, August, 2007.
- Tinatin Khidasheli, "The Rose Revolution has wilted", International Herald Tribune, Paris, 8 December 2004
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Georgia's Rose Revolution: A Participant's Perspective" Arxivləşdirilib 2009-06-09 at the Wayback Machine U.S. Institute of Peace Report, July 2006
- HumanRights.ge – daily updated online magazine and web portal on human rights in Georgia