Qırmızı yay
Qırmızı yay | |
---|---|
Tarix | 1919 |
Vikianbarda əlaqəli mediafayllar |
"Qırmızı yay" (ing. Red Summer) — 1919-cu ilin yayında və payızın əvvəlində ABŞ-də baş vermiş talanlar. Amerikanın otuzdan çox şəhərində baş vermiş talanlarda əksər hallarda ağdərililər afroamerikalılara hücum etmişdir. Bəzi hallarda, qaradərililər özünümüdafiə və cavab xarakterli hücumlar həyata keçirmişdir. Xüsusən də Çikaqoda, Vaşinqtonda və Arkanzas ştatının Eleyn qəsəbəsində çoxlu ölüm halları qeydə alınmışdır.[1]
Adlandırma
[redaktə | mənbəni redaktə et]"Qırmızı yay" termini ilk dəfə fəal və yazıçı Ceyms Veldon Conson tərəfindən istifadə edilmişdir. O, 1916-cı ildən Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiyanın katibi vəzifəsində çalışmış və birliyin bir çox yerli bölmələrinin təşkilində iştirak etmişdir. 1919-cu ilin yayında irqi zorakılığa qarşı dinc etiraz aksiyaları təşkil etmişdir.[2][3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ New York Times: "For Action on Race Riot Peril, " October 5, 1919 Arxivləşdirilib mart 3, 2016, at the Wayback Machine, accessed January 20, 2010. This newspaper article includes several paragraphs of editorial analysis followed by Dr. George E. Haynes' report, "summarized at several points."
- ↑ Alana J. Erickson, "Red Summer" in Encyclopedia of African-American Culture and History (NY: Macmillan, 1960), 2293–4
- ↑ George P. Cunningham, "James Weldon Johnson, " in Encyclopedia of African-American Culture and History (NY: Macmillan, 1960), 1459–61