Qırmızı Bazar
Qırmızı Bazar | |
---|---|
39°40′33″ şm. e. 46°56′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 670 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qırmızı Bazar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qırmızı Bazar qəsəbəsi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Qəsəbə keçmişdə bazar yeri olmuşdur. Yerli məlumata görə, 1924-cü ildə ilk dəfə burada 1 May Həmrəylik günü keçirilmiş və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanmısdır. Tədricən Mavaş, Sixtoraşen, Bilbilyak, Şixer və Tağaverd kəndlərindən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Ərazi vahidi olaraq DQMV-də Martuni rayonuna tabe idi. SSRİ dağıldıqdan sonra Azərbaycan höküməti tərəfindən DQMV ləğv olundu, Qırmızı Bazar qəsəbəsi isə yeni yaradılmış Xocavənd rayonunun tabeliyinə verildi. Qarabağ müharibəsi başladıqda qəsəbə erməni separatçılarının nəzarətində idi. Azərbaycan ordusunun 1992-ci il iyunun 28-də Qırmızı Bazar istiqamətində keçirdiyi genişmiqyaslı əməliyyat uğursuzluqla nəticələnib.[3] Müharibə nəticəsində qəsəbə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalıb. Birinci Qarabağ müharibəsində kəndin 40 nəfər erməni sakini öldürülüb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı qəsəbədə ciddi dağıntılar baş verib, təxminən 120 ev döyüşlər nəticəsində ziyan görüb. Müharibə zamanı Azərbaycan ordusu qəsəbənin bir kilometrliyinə qədər irəliləyib. Müharibənin nəticələrinə əsasən Qırmızı Bazar qəsəbəsi Rusiya sülhməramlılarının nəzarətinə verilib. Müharibədən sonra 2021-ci ildə qəsəbədə təxminən 800 nəfər əhali yaşayırdı.[4]
Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Qəsəbə Köndələnçayın (Arazın qolu) sol sahilində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
- Milli tərkibi
Siyahıyaalınma ili | ||||||
Ermənilər | 673 (98,7 %) |
▲1 075 (99,4 %) |
▲1 093 (99,2 %) |
▼977 (100 %) |
▲979 (100 %) |
▲1 010 (100 %) |
Azərbaycanlılar | 5 (0,7 %) |
▼3 (0,3 %) |
▬3 (0,3 %) |
▼0 (0 %) |
▬0 (0 %) |
▬0 (0 %) |
Ruslar | 3 (0,4 %) |
▼1 (0,1 %) |
▲4 (0,4 %) |
▼0 (0 %) |
▬0 (0 %) |
▬0 (0 %) |
Digərləri | 1 (0,1 %) |
2 (0,2 %) |
2 (0,2 %) |
0 (0 %) |
0 (0 %) |
0 (0 %) |
Cəmi | 682 (100 %) | 1 081 (100 %) | 1 102 (100 %) | 977 (100 %) | 979 (100 %) | 1 010 (100 %) |
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]1930-cu illərdə qəsəbəyə daxili su təchizatı şəbəkəsi çəkilib. Sovet dövründə burada şərab və yağ-pendir zavodu fəaliyyət göstərib. Qəsəbədəki şərab zavodu 2000-ci ildə fəaliyyətini bərpa edib. 2016-cı ildə ümumerməni "Hayastan" Fondunun vəsaiti hesabına burada bələdiyyə mərkəzi tikilib.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Sovet vaxtı qəsəbədə klub, kitabxana, kinoteatr və ATS fəaliyyət göstərib.[11]
Təhsil
[redaktə | mənbəni redaktə et]Qəsəbədə məktəb və uşaq bağçası mövcuddur.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Sovet vaxtı qəsəbədə xəstəxana mövcud olub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 59" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-12.
- ↑ Qırmızı Bazar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
- ↑ "Ermənilər terrorçu qrup yerləşdirilmiş qəsəbəmizdə belə binalar tikdi...-FOTO". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-16.
- ↑ "Qırmızı Bazar və Şuşakənd kəndlərinin sakinlərini Azərbaycan kolonnalarının hərəkəti narahat edir". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
- ↑ "Etnokafqaz. 1959-cu ildə siyahıyaalma üzrə Martuni rayon əhalisinin milli tərkibi". 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
- ↑ "Etnokafqaz. 1970-ci ildə siyahıyaalma üzrə Martuni rayon əhalisinin milli tərkibi". 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
- ↑ "Etnokafqaz. 1979-cu ildə siyahıyaalma üzrə Martuni rayon əhalisinin milli tərkibi". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
- ↑ "Qarabağda əhalinin siyahıyaalınması". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 173.10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000020-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-00000025-QINU`"'С. 173&rft.pub='"`UNIQ--templatestyles-00000021-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1979&rfr_id=info:sid/az.wikipedia.org:Qırmızı Bazar" class="Z3988">