40°42′35″ şm. e. 46°45′23″ ş. u.HGYO

Qırıqlı (Goranboy)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qırıqlı
40°42′35″ şm. e. 46°45′23″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 112 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 440 nəf. (2009)
Xəritəni göstər/gizlə
Qırıqlı xəritədə
Qırıqlı
Qırıqlı

QırıqlıAzərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılmışdır.[2]

Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfavilər dövıündə də qırıqlılar acarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasını göstərir. Qırıqlılar XIX əsrin əvvəllərində Qazax va Borçalı mahallarnda yaşamışlar. Nadir şah Əfşar (XVIII əsr) da mənşəcə həmin tayfadan olmuşdur.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Korçayın (Kürək çayının qolu) sahilində, düzənlikdə yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 440 nəfər yaşayır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  3. Qırıqlı (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629