Qıcıqlanma və enerjidən asılılıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qıcıqlanma və enerjidən asılılıq- İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz surətdə bağlıdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Məlumdur ki, təbiətdə canlı orqanizmlər mühitin əlverişsiz amillərinin təsirinə daima məruz qalırlar. Həmçinin ətraf mühitdən özünə zəruri olan maddələri çıxarırlar. Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma yəni xarici təsirlərə seçmə reaksiyası yaranmış və möhkəmlənmişdir. Ətraf mühit şəraitinin hər-hansı dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır. Orqanizmin xarici qıcıqlandırıcılara cavab reaksiyası onun həssaslığının göstəricisi rolunu oynayır. Bundan başqa,canlı orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdirlər. Enerjinin daxil olması üçün açıq olan bu sistemlər yalnız  onlara kənardan fasiləsiz olaraq enerji və materiya daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf mühitdən enerji və materiya qəbul etdiyi müddətdə mövcuddur (yaşayır). [1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Ümumi Ekologiya - Azərbaycan Coğrafiya Cəmiyyəti