Propolis
Vərəmum, bərəmum(Propolis) – Propolis az adını yunan sözləri olan ≪pro≫ - ≪öndən≫və≪polis≫≪qala, şəhərdən≫dən götürmüşdür. Onu həmçinin arı yapışkanı, qatranı da adlandırırlar. Əgər arı pətəyinə çağrılmamış qonaqlar – xırda həşəratlar,malyuskalar,kərtənkələ, sıçan,qurbağa daxil olduqda arılar onların üzərinə propolis tökərək sanki sarkofaq düzəldirlər ki, burada heyvan cəsədi çürüyüb, parçalanmır. Beləliklə də, propolis arı pətəyinin olduqca təmiz qalmasını təmin edir. O, arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır.
Tərkibi
[redaktə | mənbəni redaktə et]Propolis plastilinə oxşayan, sarı-yaşıldan - qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli bərk maddə olub spirtdə yaxşı, süddə pis həll olur. Tamına görə prorolis acı, yandırıcı büzüşdürücüdür.Bu 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır. Onun tərkibinə qatran və balzamlar (55%), mum(30%), efir yağları (10%), çiçək tozları (5%),A, C və B vitaminləri qarşığı daxildi. Onun tərkibində həmçinin alüminium,vandium, dəmir, kolsium,silsium,manqan, stronsium kimi mikroelementlər də daxildir. Propolisdə darçın spirt, darçın turşusu, benzoy turşusu,aşı maddələri, xrizin,qalanqın və s. də var. Onun tərkibində həmçinin serin, qlikonol, asparqin və qultaminturşuları, alanin, triptofan, fenilalanin, leysin də tapılmışdır.
Farmakoloji təsirləri
[redaktə | mənbəni redaktə et]Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici(analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri vardır.
Təbabətdə istifadəsi
[redaktə | mənbəni redaktə et]Propolis müalicə məqsədilə ilk dəfə Qədim Misirdə, sonra Qədim Yunanıstanda və Romada istifadə olunmuşdur. Onun dərman xüsusiyyətləri barədə Dioskorid (b.e.ə. I əsr) “Dərman vasitələri haqqında”, İbn Sina isə (980-1037-ci illər) məşhur “Həkimlik elminin qanunu” əsərində yazmışdır. Həkimlər≪arı balzamı≫nın gözəl müalicəvi xassələrindən çox sevinirdilər, şairlər öz əsərlərində onu tərənüm edirdilər. Amma yüz illər lazım oldu ki, alimlər onun sirlərini tədricən açsınlar. İndi əksər mütəxəssislər həmfikirdilər ki,propolis bitki mənşəli məhsuldur. Arılar ağacların tumurcuqlarından,yarpaqlarından, zoğlarından, gövdəsindən və\ qabğından axan qatrana bənzər maddələri yığır və bu qiymətli damcılara mum və digər maddələr qatır və propolis əmələ gəlir. Propolsin müalicəvi təsiri müxtəlifdi: antimikrob, iltihab əleyhinə,ağrı kəsici və biostimullaşdırıcı təsirə malikdir. Propolis çox qədimlərdən xalq təbabətində istifadə olunur və müxtəlif xəstəliklərin müalicəsində propolis əsasında hazırlanmış çoxlu sayda vasitələr geniş tədbiq edilir. Astma xəstəliyinin müalicəsi üçün aşağıdakı tərkib istifadə oluna bilər. Propolisin spirtlə 20 %-li tikturası gündə 3 dəfə, ¼ stəkan suya 5-6 damcı əlavə etməklə qəbul edilir. Müalicə kursu 1,5-2 ay ərzində aparılır və bronxial asmanın kəskinləşməsinin profilaktikası və xroniki bronxitin bronxial astmaya kecidinin qarşısını almaq üçün istifadə olunur. Aterosklerozun müalicəsi ücün sarımsaq-propolis balzamı məsləhət görülür. Əvvəlcə sarımsaq tinkturası hazırlanır. 200 q təzə xırdalanmış sarımsaq kütləsi (bunu almaq üçün təmizlənmiş sarımsaq dişləri iki dəfə ət maşınından keçrilir) tünd şüşədən olan butulkaya yerləşdirilir, üzərinə 200 ml 96%-li spirt əlavə edilir və 10-12 gün qaranlıq yerdə saxlanılır, sonra filtirlənir, 50 q bal və propolsin spirtdə 10%-li məhlulundan 30 ml əlavə olunur və bal tam həll olana qədər qarışdırılır və daha 2-3 gün saxlanılır. Pereparat damcılarla, 50 ml südə qatılmaqla qəbul olunur. Gündə 3 dəfə, yeməkdən 20-30 dəqiqə əvvəl qəbul edilir. 1-ci gündən başlayaraq pereaparat gündə 3 dəfə, hər dəfə 25 damcı qəbul olunur (30 gün tamam olana qədər, yəni 20 gün). Sonra 5 ay fasilə verilir və yenidən kurs təkral olunur.