Portal:Praqa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Praqa portalına
xoş gəlmisiniz!

Seçilmiş məqalə

Müqəddəs Vit kafedralı (tam adı Müqəddəs Vit, Vatslav və Voytex kafedralı çex. Katedrála svatého Víta, Václava a Vojtěcha) - Praqa qalasında yerləşən qotik üslublu kilsədir və Praqa arxiyepiskopluğunun mərkəzi sayılır. Kafedral həm texniki xüsusiyyətləri, həm də və bədii səviyyəsinə görə Avropa ərazisində qotika üslubunda inşa olunmuş binaların mirvarisi, həmçinin Çex xalqının sənət və ümummilli yadigarı hesab olunur. Müqəddəs Vit kafedralı əhəmiyyətli dərəcədə Mərkəzi Avropa memarlığına xas olan gecikmiş qotika üslubunun inkişafına güclü təsir göstərmişdir. Memar Peter Parlerin tərtib etdiyi layihələr bir nümunə olaraq daha sonralar Sloveniya, şimali Xorvatiya, Avstriya, Çexiya, Polşa və cənubi Almaniyanın yerli qotika binalarında istifadə olunurdu.

Kafedralın dəhlizlərində Çexiya kralları və arxiyepiskopları dəfn olunmuşdular, həmin bu yerdə həmçinin Orta əsr Çexiyasının tacqoyma reqaliyaları qorunub saxlanılır. Kafedral Praqa qalasında yerləşir və onun ayrılmaz tərkib hissəsi sayılır. Uzun illər ərzində, kilsənin zəng qülləsi Praqanın ən hündür nöqtəsi hesab olunurdu. Praqa Müqəddəs Vit kafedralının tikinti işləri XIII əsrin ortalarından başlamış və demək olar ki, 6 əsr boyu davam etmişdir. Məhz bu səbəbdən, onun memarlıq üslubunda həm qotika, həm də barokko və neoqotika elementlərini görmək olar.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Praqalılar

Frans Kafka (alm. Franz Kafka‎; 3 iyul 1883, Praqa, Avstriya-Macarıstan3 iyun 1924, Kirlinq, Avstriya) — almandilli, yəhudi əsilli yazıçı olmuşdur. Əsas əsərləri roman, roman fraqmentləri (Məhkəmə prosesi, Qəsrİtkin düşmüşlər), hekayələr və həmçinin Felise BauerMilena Yesenska ilə apardığı məktub yazışmalarından ibarətdir.

Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.

Kafka 1883-cü ildə Praqanın keçmiş getto məhəlləsi olan Yozefov rayonunda yəhudi ailəsində anadan olmuşdur. Onun atası Herman Kafka (1852-1931) cənubi Çexiyada çex dilli yəhudi icmasından çıxmışdır. Herman Kafka hələ uşaqlıqdan atasının mallarını yaxınlıqda yerləşən kəndlərə aparırdı. Sonralar o, atasının firmasının nümayəndəsi və daha sonra qalanteriya məhsulları üzrə ticarətlə məşğul olan iş adamı olur.

Yazıçının anası Yuliya Kafka (1856-1934) Podiebarddan olan varlı pivə istehsalçısının qızı idi. O, alman dilində danışmağa üstünlük verirdi. Yulia Kafka ərinə nisbətən daha yüksək savada malik idi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixə nəzər

"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqıVarşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır.


5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı.

"İnsan sifətli sosializm" yaratmaq məqsədi ilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər.

Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan ÇexiyaSlovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir.

XVIII əsrin əvvəllərində Praqada heç bir dənə də teatr binası yox idi. Nadir teatr tamaşaları Klementinumda və ya zadəganların şəxsi evlərdə qoyulurdu. Birinci Şəhər Teatrı Kotzedə (Stare Mesto) açılmasına baxmayaraq, o tezliklə bağlanıldı. Bina ictimai ziyalı və vətənpərvər qraf Frantişek Antonin Nostitz Rinek üçün məhəllə teatrı qismində inşa edilmişdir. Yeni teatrın plan və maket tərtibatı qraf Kaspar Herman Künigel, layihə və 1781 - 1783-cü illər ərzində davam edən inşaat işləri isə Antonin Haffenekker tərəfindən hazırlanmışdı. Tikinti işlərinin başladılması maraqlı tapıntı ilə əlamətdar oldu: təməl üçün ustalar tərəfindən çuxur qazılan zaman, gümüş pul ilə dolu bir qab tapılır. Aşkar olunmuş pul sikkələrin sayı az olmasına baxmayaraq, inşaatçılar bunu yaxşı əlamət hesab etmişdilər. Beləliklə Praqada klassisizm üslubunda ilk ictimai binanın tikintisi iki il davam etmişdir. Haffenekker son dərəcə ahəngdar düzbucaqlı, sadə, zərif və klassik üslublu bir bina yarada bilmişdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixi abidələr

Qoltz-Kinski sarayı və ya Kinskilərin sarayı' (çex. Palác Golz-Kinských,Palác Kinských) – keçmiş Qoltz sülaləsinin sarayı; Praqanın Köhnə şəhər meydanında yerləşir. Saray özünün gözəl çəhrayı-bəyaz rəngli fasadı ilə meydana xüsusi görünüş verir. Saray 1755-1765-ci illər arasında memar K.İ.Dintsenhoferin layihəsi əsasında inşa olunmuşdu.

Evin ilk sahibi qraf Ernst (Arnoşt) Qoltz idi. 1768-ci ildə (qraf Qoltzun ölümündən sonra), qraf Frants Oldrjix Kinski qonşuluqda yerləşən daha iki bina ilə birlikdə sarayı alaraq, memar Koxa sarayın həyət fligellərini klassik üslubda yenidən qurulması barədə sifariş verir. Saray Kinski sülaləsinə 1945-ci ilə qədər məxsus idi; daha sonra Prezident Beneşin fərmanına əsasən saray müsadirə olunaraq, dövlət yurisdiksiyasına daxil oldu. Hazırda sarayın əsas zalları Milli Qalereyanın daimi və müvəqqəti sərgilər üçün təchiz olunmuşdu. Burada həmçinin qrafika kolleksiyası və Kinski nəslinə məxsus kitabxana da saxlanılır.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Sitat

"
“"Cerom Klapka Cerom"
“Praqa - Avropanın ən maraqlı şəhərlərindən biridir. Onun divarları tarix və ədəbiyyatla nəfəs alır; onun hər küncü döyüş meydanı olub. Bu şəhərdə həqiqətən də reformasiya doğulub və on üç illik müharibənin əsası qoyulub. Lakin qədim binaların cazibədar pəncərələrinə baxdıqda bu şəhərdə bu qədər həyəcanlı hadisələrin baş verməməsini təsəvvür etmək çətindi. Bu şəhərdə ilk qarşıdurma ratuşa pəncərəsindən qusçuların başına yeddi ratmanın atılmasından sonra başlamışdı. İkinci məşhur qarşıdurma qədim şəhər ərazisində baş vermişdi, bu dəfə pəncərədən imperiya məsləhətçisini atmışdılar. Əgər hansısa məsələ sülhlə həll olunmuşdusa, onda bu ona görə baş vermişdi ki, həmin məsələ qaranlıq zirzəmilərdə müzakirə olunmuşdu, pəncərə isə əsl praqalı üçün düz olduğunu sübut etmək üçün ən yaxşı yol kimi görünür.
"
“Three Men on the Bummel”

Seçilmiş şəkil

Praqanın Mala Strana rayonunda yerləşən tarixi Mostetska küçəsi (çex. Mostecká ulice)
 

Region

Din

Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən barokko üslubunda kilsə. Monumental görünüşü və nəfis bədii tərtibatına görə o Praqanın ən mühüm qusit kilsəsi sayılır. Hər il MiladPasxa bayramlarının şərəfinə kilsənin ətrafında xaç yürüyüşü təşkil olunur.

Müqəddəs Nikolay (Mikulaş) kilsəsinin yerləşdiyi ərazidə ilk tikililər hələ XIII əsrdən məlumdur. 500 il sonra, Praqa şəhərinin ən tanınmış memarı, alman əsilli Kilian İqnats Dintsenhofer Binanın yenidən qurulmasına başlamışdır. 1735-ci ildə yenidənqurma işləri başa çatdıqdan sonra, Çexiya paytaxtı Barokko üslubunun ən görkəmli abidələrindən birini əldə etmişdir. Lakin 1787-ci ildə, İmperator II Iosifin fərmanı ilə, Çexiyanın bir çox kilsə və monastırları bağladılmışdır, onların içərisinə Müqəddəs Nikolay kilsəsi də daxil edilmişdir. 1792-ci ilin payızında Praqa magistratının (yerli hakimiyyət orqanının) ehtiyaclarını ödəmək məqsədilə kilsə binası alınmışdır. Napoleon müharibələri dövründə kilsədə taxıl anbarı yerləşdirilmişdir, daha sonra burada köhnə qeydiyyat kitabları və mebel saxlanılırdı. Bina tədricən yararsız vəziyyətə düşürdü və məhv olurdu. XIX əsrin ortalarında hətta məbədin sökülməsi barədə müzakirələr belə gedirdi. Lakin 1870-ci ildə, sahibsiz kilsə Praqanın pravoslav vətəndaşlarının istifadəsi üçün təhvil verilmişdi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Muzeylər

Dəqiqə evi və ya Dəqiqənin yanındakı ev (çex. Dům U Minuty) — Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi. Bina Köhnə Şəhər ratuşasıQızıl buynuz evlərinin arasında yerləşir. Tikili Çexiya İntibah memarlıq üslubunun ən tipik nümunələrindəndir. Onun fundamenti XV əsrə aiddir və qotika üslubunda inşa olunmuşdu. XVI əsrdə isə Dəqiqə evi yenidənqurmaya məruz qalır. Həmin əsrdə də binanın dördüncü mərtəbəsinə ifadəli lünet karniz əlavə olunur. Karnizin həcmi elə də böyük olmadığından, evin ümumi quruluşu və ansamblı pozulmur. Əlbəttə ki, "Dəqiqə evi" haqqda ilk dəfə eşidən insanlar onun qeyri-adi adına diqqətlə nəzər yetirilər. Və evin adının tarixi həqiqətən də çox maraqlıdır. Keçmişdə ev "Ağ şir" olaraq adlanırdı. Ev əczaçı M.Bartla və onun 138 il fəaliyyət göstərən əfsanəvi aptekinə məxsus idi.

1889-1896-cı illərdə məhz bu evdə məşhur yazıçı Frans Kafka öz valideyinləri ilə yaşamışdı. Hazırda Dəqiqə evində Praqa paytaxt magistratının abidələrinin qorunması üzrə təşkilatı yerləşi Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Əlaqəli portallar


Coğrafiya Çexiya Polşa Karlovı Varı
Praqa Vikixəbərdə  Praqa Vikisitatda  Praqa Vikikitabda  Praqa Vikimənbədə  Praqa Vikilüğətdə  Praqa Vikiversitetdə  Praqa Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar