Avropa İttifaqı (abr.Aİ) — Avropada yerləşən 28 üzv dövlətin siyasi və iqtisadi ittifaqı. Bu ittifaqın sahəsi 4,475,757 km2-dir və təxminən 510 milyon nəfərlik bir əhalisi var. Avropa İttifaqı bütün üzv ölkələrdə tətbiq olunan standartlaşdırılmış bir qanun sistemi vasitəsilə daxili vahid bazarı inkişaf etdirdi. Aİ-nın siyasəti daxili bazarda insanların, malların, xidmətlərin və kapitalın azad hərəkətini təmin etmək, ədalət və daxili işlər üzrə qanunvericiliyi qəbul etmək, ticarət, kənd təsərrüfatı, balıqçılıq və regional inkişafa dair ümumi siyasətin qorunmasını məqsədi daşıyır. Şengen ərazisində pasport nəzarətləri ləğv edilmişdir. 1999-cu ildə bir pul vahidi yaradıldı və 2002-ci ildə tam qüvvəyə girdi və avro valyutasını istifadə edən 19 üzv ölkə var.
Təşkilatın mənzil qərargahı Brüssel şəhərində yerləşir.
Avropa İttifaqı yeganə fövqəlmilli təşkilatdır ki, özündə həm fövqəlmilli təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər ittaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.
Beynəlxalq Ədalət Məhkəməsi — Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı (BMT Nizamnaməsinin 92-ci maddəsinə görə). Onun qərargahı NiderlandınHaaqa şəhərindəki Barış Sarayındadır.
1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə təsis edilmiş Məhkəmə, 1946-cı ildə Beynəlxalq Ədliyyə Məhkəməsinin varisi olaraq fəaliyyətə başladı. Beynəlxalq Məhkəmə Sədrininin öhdəliyi, Məhkəməni təşkil edən və tənzimləyən əsas konstitusiya sənədidir.Beynəlxalq Məhkəməni Beynəlxalq Cinayət Məhkəməsi və Belçika Hərbi Cinayət Qanununları ilə qarışdırmaq olmaz.Məhkəmə iki rəsmi dildə ingiliscə və fransızca icra olunur.
Məhkəmənin iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir. Beynəlxalq Məhkəmə tərəfindən qəbul edilən qərarların sayı nisbətən az idi, lakin 1980-ci ildən başlayaraq, xüsusən də inkişaf etməkdə olan ölkələr arasında Məhkəmədən istifadə etmək istəyi açıq şəkildə ortaya çıxmışdı.