Poronay çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Poronay çayı
rus. Поронай
Ölkə  Rusiya
Mənsəbi Terpeniya körfəzi
Uzunluğu 350 km
Su sərfi 120 m³/s
Hövzəsinin sahəsi 7990 km²
Poronay çayı (Rusiya)
mənbəyi
mənsəbi
Poronay Rusiyanın fiziki xəritəsində:

50°22′19″ şm. e. 143°10′56″ ş. u.HGYO

50°22′19″ şm. e. 143°10′56″ ş. u.HGYO
DSR[rus.] 20050000212118300003863

Poronay çayı (rus. Поронай) — Saxalin adasının ən uzun çayı. İnzibati cəhətdən çay Saxalin vilayəti Tımovski, SmirnıxovskiPoronay şəhər dairələri ərazisindən axır (Rusiya).

Çayın adı aynu dilindən tərcümədə "böyük çay"[1] mənasını verir.

Çayın uzunluğu 350 km, hövzəsinin sahəsi 7990 km²[2] təşkil edir. Çay öz başlanğıcını Şərqi-Saxalin dağlarında yerləşən Nabil silsiləsindən götürür. Bataqlaşmış Tım-Poronay vadisindən axaraq Terpeniya körfəzinə tökülür (Oxot dənizi). Körfəzə 10 km qalmış çay iki qola ayrılır. Onlar ayrılıqda körfəzə tökülürlər. Mənsəbdə onların tataqları arasında məsafə 5 km təşkil edir. Bununla da qollar mənsəbdə bataqlaşmış ada əmələ gətirirlər. Çayın qərb qolunun sahilində Poronaysk şəhərinin böyük hissəsi yerləşir.

Poronay çayı üzərində çəmi iki çay vardır. Onların ikisidə bir-birinin yaxınlığında yerləşir. Biri dəmiryol körpüsü, digəri isə avtomobil körpüsüdür. Çayın axdığı hövzə boyunca çoxlu sayda göl vardır. Onlar arasında Uyutnoe, Şika, Kulça, Nezametnoe gölləri xüsusi ilə böyükdür. Çay şəbəkəsi Lososlar və balıqlarla zəngindir.

Pourongai kəndi, 1773 il

Çayın qidalanması qarışıqdır. Belə ki, xüsusu ilə yay ayları mussinların təsirinə məruz qaldığı bölgədən axması bu zaman onun üidalanmasında yağış sularının onun qidalamaslnda faizini artırır. Qış ayları isə Sibirdə formalaşan soyuq hava kütlələri qar şəklində bölgəyə yağır. Gölün aydığı bölgənin bataqlaşmış olması onun qidalanmasına yeraltı suların faizinə müsbət təsir göstərir. İllik su sərfiyyatı 120 m³/sref name="Поронай "></ref> təşkil edir.

Orta neyililiyi 0,23 % təşkil edir. Çayın gursululuq dövrü mayın ilk ongünlüyünə təsadüf edir. Ən zəif axar sentyabr ayında baş verir. Qış ayları buzla örtülür. Buzla örtülmə noyabrın ikinci on günlüyünə təsadüf edir. Aprel ayının üçüncü on günlüyündə isə buzdan azad olur.

Ən iri qolları (uzunluğu, km): sağ — Leonidovka çayı (95), Orlovka çayı (83), Onorka çayı (77), Kamenka (Aşağı Matrosovka) (71), Byuklinka çayı (63), Yelnaya çayı (61), Lonqari çayı (55), Şimali Xandasa çayı (54), Cənubi Xandasa çayı (51), Pobedinka çayı (49), Taulan çayı (41), Tumannaya çayı (34), Daldaqanka (31), Tayojnaya (31); sol — Jintisa çayı (Muyka) (61), Valza çayı (50), Birisovka çayı (38), Kresti çayı (36).

Su reysterinin məlumatı

[redaktə | mənbəni redaktə et]

Rusiya Federal su resursları agentliyinin məlumatına görə çay üzərində su anbarı yoxdur[2]

  1. Гальцев-Безюк С. Д. Топонимический словарь Сахалинской области. — Южно-Сахалинск: Дальневосточное книжное издательство. Сахалинское отделение, 1992. — 218 с. — Arxivləşdirilib 2020-02-03 at the Wayback Machine ISBN 5-7440-0136-0
  2. 1 2 "Государственный водный реестр РФ: Поронай". 2012-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.