Baş pontifik

Vikipediya, azad ensiklopediya
(Pontifik səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq
Avqust Böyük pontifik kimi
(Via Labicana Augustus heykəli)

Pontifik maksimus (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") və ya böyük pontifik. Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Qratsianın çağrıldığını göstərir[1]. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır[2][3].

"Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı[4] (Roma Yepiskopu daxil[5]) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da[6], papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır.

Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons facere); maximus da "ən böyük" deməkdir. Bu əvvəllər bəlkə də hərfi mənada istifadə olunurdu: qədim Romada körpü inşaatçısı olmaq ən əhəmiyyətli işlərdən sayılırdı, çünki qədim Romada ən böyük körpülər əsasən müqəddəs olaraq qə'bul edilən Tiber çayı üzərində inşa edilmişdi və ancaq xüsusi səlahiyyətli din xadimləri bu körpülərdəki mexanik yenilikləri "narahat etmə" hüququna malik idilər. Amma yenə də, bu söz (pontifeks) simvolik mə'nasinda da başa düşülürdü: (Van Heyperenə görə) pontifiklər tanrılarla insanlar arasında "körpü" quranlar idilər.

Digər tərəfdən, pontifeks sözü "yolları hazırlayanlar" mə'nasına da gələ bilər: tarixi Etrusk dilində pont "yol" deməkdir[3]. Az bir qrup tədqiqatçının fikrinə görə bu söz Etrusk dilində tələffüz olaraq oxşar, amma etimoloji olaraq əlaqəsiz, "keşiş" mə'nasına gələn başqa sözdən törəmişdir.

  1. Pontifex Maximus Arxivləşdirilib 2022-01-11 at the Wayback Machine LacusCurtius retrieved August 15, 2006
  2. "Gratian." Encyclopædia Britannica. 2008. Encyclopædia Britannica Online. 3 Feb. 2008 <http://www.britannica.com/eb/article-9037772 Arxivləşdirilib 2006-04-21 at the Wayback Machine>.
  3. 1 2 Pontifex Maximus Arxivləşdirilib 2012-01-12 at the Wayback Machine Livius.org article by Jona Lendering retrieved August 15, 2006
  4. "In the matter of hierarchical nomenclature, one of the most striking instances is the adoption of the term pontifex for a bishop" (Paul Pascal: Medieval Uses of Antiquity in The Classical Journal, Vol. 61, No. 5 [Feb., 1966], pp. 193-197).
  5. Edictum Gratiani, Valentiani et Theodosii de fide catholica, 27 February 380; Arxivləşdirilib 2012-02-08 at the Wayback Machine cf. The American Heritage Dictionary of the English Language: Fourth Edition. 2000: Arxivləşdirilib 2009-01-09 at the Wayback Machine "Pontiff: 1a. The pope. b. A bishop. 2. A pontifex."
  6. Annuario Pontificio (Libreria Editrice Vaticana, 2008 ISBN 978-88-209-8021-4), p. 23*