Pixar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pixar
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi filial
Sənaye film sənayesi
Məhsulu proqram təminatı[1]
Təsis tarixi 3 fevral 1986
Struktur
İşçi sayı
  • 1.233 nəf. (yanvar 2020)[2]
Ana şirkət The Walt Disney Studios[d]
pixar.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pixar Animasiya StudiyalarıWalt Disney şirkətinə məxsus animasiya istehsalı şirkətidir. Şirkət bu günə kimi 16 Oskar, 7 Qızıl qlobus, 11 Qremmi mükafatı qazanmışdır. Pixar əvvəl Star Wars filminin yaradıcısı Corc Lukasın 1979 da qurduğu Lucasfilmin kompüter qrafikası qrupunda idi. Bu qrup başqa filmlərin vizual effektlərini hazırlayırdı və animasiya mövzusunda mütəxəssis idi. 1986-cı ildə Corc Lukas Kompüter qrafikası bölümünü satışa çıxarır . Stiv Cobs şirkəti almaq üçün təklif göndərsə də ilk öncə təklifi rədd edilir. Daha sonra heç bir şirkət istənilən məbləği ödəmədiyi üçün 1986-cı ildə 10 milyon dollara (nəzərdə tutulan məbləğin üçdə biri) Stiv Cobsa satılır və Pixar adı altında fəaliyyətə başlayır.

Pixar kompüterləri

[redaktə | mənbəni redaktə et]

Stiv Cobs şirkəti ilk aldıqda şirkət işçilərinin fikrində dünyanın ilk animasiya filmini hazırlamaq vardı amma həm Stiv Cobs həm də işçilər bu işin mümkün olmadığının fərqində idilər. Buna görə də Pixarın etdiyi ilk iş böyük və super güclü bir kompüter hazırlamaq oldu. Kompüterin qiyməti 135.000 $ idi və kompüteri qurmaq üçün də əlavə 35.000 $ lazım olurdu. Pixar İmage Computer adlanan bu kompüter öz dövrünə görə möhtəşəm xüsusiyyətlərə malik idi və meteoroloji , sağlamlıq və film şirkətlərinin istifadəsi üçün yaradılmışdı. Ancaq qiymətinin yüksəkliyi və bu cür kompüterlərin istifadə edə biləcək insanların az olmağı səbəbi ilə satışları uğurlu olmadı.

İrəlidə Toy storynin rejissoru olacaq olan John lessitr 1986 cı ildə kompüterin gücünü göstərmək üçün Laxo.jr adlı qısa film hazırladı. Film ilk dəfə olaraq ən yaxşı animasiya üzrə Oskara namizəd oldu və bu qısa filmdəki lampa daha sonra şirkətin loqosu oldu. Animasiya çıxdıqda keyfiyyət səbəbi ilə Hollivudda da təsir yaratmışdı. <gallery>