Pirit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pirit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
FeS₂
Strunz təsnifatı II/C.05[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya[2]
Zolaq rəngi qara
Sıxlıq 5,025 ± 0,07 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pirit (kükürd kolçedanı, dəmir kolçedanı)kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit.

Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filizsüxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökməhidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir. Meteoritlərdə də aşkar olunmuşdur. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, sfalerit, qalenit, pirrotin, markazit, barit, siderit, kvars. Mineralın tapıldığı yerlər: çoxsaylıdır: Rio-Tinto (İspaniya); Möqqen, Rammelsberq (Almaniya); Sulitelma (Norveç); Falun (İsveç); Kalatinski, Deqtyarski, Blyava və Uralın digər kolçedan yataqları (Rusiya); Jayrem (Qazaxıstan); Yaponiya; Zair; Zambiya və dünyanın bir çox başqa yerləri. Azərbaycanda kolçedan, polimetal, qızıl, dəmir, mis — və molibden-porfir və b. filiz yataqları və təzahürlərində (Çıraqdərə, Toğanalı, Filizçay, Katex, Katsdağ, Paraqaçay, Gədəbəy, Bittibulaq, Daşkəsən, Dağkəsəmən, Qızılbulaq, Vejnəli və s.) geniş yayılmışdır.

Sulfat turşusu almaq üçün xammaldır; kobaltpirit kobalt mənbəyidir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]