Piperazin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Piperazin
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C4H10N2
Molyar kütlə 86,1 q/mol
Fiziki xassələri
Sıxlıq 0,8786 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 112  °S
Qaynama nöqtəsi 146  °S
Təsnifatı
CAS-da qeyd. nöm. 110-85-0
PubChem
ChEBI 28568
ChemSpider

Piperazin (heksahidropirazin, dietilendiamin), C4H10N2 – üzvi maddə, alifatik tsiklik aminlərə aiddir.

Piperazinin sintezi 175-2000C-də (metal Ni, Co, Cu, Pt) katalizatorların iştirakı ilə etilendiaminin və polietilenpoliaminlərin tsiklləşmə reaksiyası ilə; 150-3000C-də hidrogen ilə ammonyak qarışığının 10-25MПА təzyiqində mono-, di- və trietanolaminin və yaxud onların qarışığının alkilendiaminlərlə dehidrotasiyası ilə yerinə yetirilir. Məsələn:


Ondan əlavə piperazin ammonyakla və 1,2-dixloretanın sintezi ilə alınan etilendiaminin əlavə məhsuludur.

Fiziki kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Piperazin tipik amin iyli, rəngsiz, bərk hidroskopik kristaldır. Suda qliserində yaxşı, etanolda isə pis həll olur. Ərimə temperaturu. Tə-(1120C), qaynama temperaturu, Tq (1460C). Su ilə asan 440C-də ərimə temperaturu olan heksahidrat əmələ gətirir. Su məhsulları əsas xassələrə malikdirlər. Piperazin ikili alifatik aminlərin bütün xassələrinə malikdir; alkilləşmə, nitrozlaşma, 2 azot atomunun NH-rabitəsindən xlorlaşma. Sulu məhlulları turşularla reaksiyaya edərək piperazin duzlarını əmələ gətirir. Piperazinin dehidridləşməsindən pirazin alınır.

Tətbiq edilməsi

[redaktə | mənbəni redaktə et]

Sənayedə piperazin korroziya inhibitoru kimi, xlorprenin polimerləşməsində sürətləndirici kimi, həmçinin yüksək temperaturda əriyən poliamidlərin alınmasında sopolimer kimi istifadə edilir. Piperazin və onun duzları tibbdə və baytarlıqda helmintlərə qarşı vasitə kimi istifadə olunurlar. Piperazin tsikli bir neçə dərmanların struktur fraqmentindən ibarətdir: analgetiklərin, spazmolitiklərin, psixotrop maddələrin (frenolon, trifrazin) və bəzi şişlərə qarşı preparatların (dipin, prosnidin, spirazidin).

  1. Нейланд О.Я. Органическая химия.-М: Высшая школа. 1990.-751с. 35000 экз.-ISBN 5-06-001471-1.
  2. Меди-Полимерные // Химическая энциклопедия в 5 томах.-М: Большая Российская Энциклопедия, 1992. – Т3.-639с.