Avstriya şamı
Avstriya şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Avstriya şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır. Şaxtaya və quraqlığa davamlıdır, işıqsevəndir, küləyə, tüstüyə, qaza, kölgəyə dözə bilir. Rütubətə, torpağa az tələbkardır. Əhəngli torpaqlarda intensiv boy atır. Uzunömürlüdür, 500–600 ilə kimi yaşayır. Xarici mühitə tez uyğunlaşması və dekorativliyi yaşıllaşdırmada daha geniş istifadə olunmasına şərait yaradır. Azərbaycan da Lənkəran da və Abşeron da bağlarda, yol kənarlarında rast gəlinir.
Sinonim
[redaktə | mənbəni redaktə et]- Abies marylandica Dallim. & A.B.Jacks.
- Abies novae-angliae K.Koch
- Pinus austriaca Höss
- Pinus banatica (Georgescu & Ionescu) Georgescu & Ionescu
- Pinus laricio var. austriaca (Höss) Loudon
- Pinus laricio subsp. austriaca (Höss) Endl.
- Pinus laricio var. moseri J.J.Moser
- Pinus laricio var. nigricans (Host) Parl.
- Pinus laricio var. prostrata Beissn.
- Pinus laricio var. pygmaea Carrière
- Pinus laricio var. pyramidata Carrière
- Pinus nigra Link
- Pinus nigra var. austriaca (Höss) Badoux
- Pinus nigra var. banatica Georgescu & Ionescu
- Pinus nigra subsp. croatica Lovric
- Pinus nigra var. gocensis Georgev.
- Pinus nigra f. hornibrookiana Slavin
- Pinus nigra f. moseri (J.J.Moser) Rehder
- Pinus nigra var. nigra
- Pinus nigra f. prostrata (Beissn.) Rehder
- Pinus nigra f. pygmaea (Carrière) Rehder
- Pinus nigra f. pyramidalis Slavin
- Pinus nigra var. pyramidata (Carrière) Fitschen
- Pinus nigricans Host[1]
Növ müxtəlifliyi
[redaktə | mənbəni redaktə et]- Pinus nigra subsp. dalmatica (Vis.) Franco
- Pinus nigra subsp. laricio Maire
- Pinus nigra subsp. pallasiana (Lamb.) Holmboe
- Pinus nigra subsp. salzmannii (Dunal) Franco
Məlumat mənbələri
[redaktə | mənbəni redaktə et]- Деревья и кустарники СССР. т.3.1954;
- Флора Азербайджана. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. III cild. 1970;
- Azərbaycanın "Qırmızı" və "Yaşıl Kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
- Azərbaycan florasının konspekti. I–III cildlər. 2005; 2006; 2008.
- "Azərbaycan dendraflorasi" I cild, Baki, "Elm", 2011, 312 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan dendraflorasi" I cild, Baki, "Elm", 2011, 312 səh.
- Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.
- ↑ Avstriya şamı:''The Plant List saytında takson barədə məlumat. (ing.)