39°48′11″ şm. e. 46°26′48″ ş. u.HGYO

Piçənis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Piçənis
39°48′11″ şm. e. 46°26′48″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.550 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Piçənis xəritədə
Piçənis
Piçənis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PiçənisAzərbaycan Respublikasının Laçın rayonu Piçənis kənd inzibati ərazi dairəsində kənd.[1]

Piçənis kəndinin adının peçeneq türk tayfaları zəminində yarandığına inanılır. Kənd yaxınlığında Piçənisin düzü, Piçənisçay adları da bu gün yaşamaqdadır.[2]

Piçənis XIX əsrin ortalarında kürdmənşəli[3] Qasımuşağı tayfası tərəfindən yaradılmışdır.[4] Kənd erməni-müsəlman qırğınlarıAzərbaycan-Ermənistan müharibəsi zamanı döyüş bölgələrindən biri olmuşdur.[5] Piçənis 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.[7]

Peiçənisdə bir orta məktəb, mədəniyyət ev, musiqi məktəbi, poçt şöbəsi, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, mağaza, qədim məscid və Qafqaz Albaniyasına məxsus qədim kilsə var. Kəndin yaxınlığında su dəyirmanı, çayın üzərində salınmış Çiçəyin körpüsü adlı tarixi abidə də vardır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Piçənis kəndi Laçın şəhərinin şimal-qərb istiqamətində 45 km məsafədə yerləşir. Kənd dəniz səviyyəsindən 1,550 m yüksəklikdə yerləşir. Laçın–Şamkənd şose yolu kəndin içərisindən keçir. Kənd əsasən Şəlvəçay və Ələkçiçay çayları ilə əhatələnib. Kəndin yaxın ətrafında Ağcayazı, Arduşlu, Xaçınyalı yaşayış məntəqələri yerləşir. Şimaldan Sallıq, Qırxbulaq dağları ilə cənubdan isə Piçənis düzü adlanan təxminən 60 hektarlıq sahə ilə əhatələnib. Kəndin yaxın ətrafında Xanölən dərə, Talıbxan dərə yurdu adlanan ərazilər yerləşir. Kəndin ətrafında bir çox bulaqlar var. Bulaqlardan Meşə bulağı, Sərin bulağı, Pəri bulağı və s.[2]

Kəndin işğaldan əvvəl 61 evdən ibarət 288 nəfər əhalisi olmuşdur.[2] Kəndin əhalisi milliyətcə kürdlərdən ibarət olub,[4] lakin sonradan özlərini "azərbaycanlı" adlandırmışlar.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.[2]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Eldar Vəliyev — akademik
  2. Aşıq Abbas Piçənisli — aşıq
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 3 4 5 6 Nəbibəyli, 2009, 143
  3. Lerx, 1856. səh. 87
  4. 1 2 Qeybullayev, 1986. səh. 102
  5. Yunusoğlu, Qismət. ""Piçənis dərəsi"nin igidləri". Aqreqator.az. 29 aprel 2021. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2021.
  6. Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  7. "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  • Nəbibəyli, Ziyadxan. Zəngəzurun altun tacı Laçın (az.). 2009.
  • Qeybullayev, Qiyasəddin. Топонимия Азербайджана (rus). Bakı: Elm. 1986.
  • Lerx, Pyotr. Изслѣдованія об иранских курдах и их предках, сѣверных халдеях (rus). 1. 1856.