43°21′19″ şm. e. 18°41′31″ ş. u.HGYO

Peruçisa meşəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Peruçisa
bosn. Perućica, serb. Перућица, xorv. Perućica
Ümumi məlumatlar
Sahəsi 1434 ha
Yerləşməsi
43°21′19″ şm. e. 18°41′31″ ş. u.HGYO
Ölkə  Bosniya və Herseqovina
Yerləşməsi Suteska Milli Parkı
Peruçisa xəritədə
Peruçisa
Peruçisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peruçisa (serb. Перућица, xorv.bosn. Perućica) — Avropa ərazisində qalmış relikt dörd meşədən biri. Meşə Bosniya və Herseqovinanın Serbiya ilə sərhəddində yerləşən Suteska Milli Parkının ərazisində yerləşir.

Unikallığı və özünəməxsusluğu nəticəsində meşə ciddi qorunan ərazilərdən biri hesab olunur.[1] Meşə ərazisində ilk ciddi araşdırma 1938-ci ildə həyata keçirilmişdir. Peruçisa meşəsi Dinar dağları bölgəsində ağacların sayına, hündürlüyünə, biomüxtəlifliyinə və gözəlliyinə görə öndədir. 1952-ci ildə, Yuqoslaviya Sosialist Federativ Respublikası tərkibində olan zaman 1234 hektarlıq sahəyə xüsusi status verilmiş və "elmi araşdırma obyekti" elan olunmuş. 1954-cü ildə isə ərazinin sahəsi 200 hektar artırılmış və dövlət tərəfindən qorunan ərazi kimi qeydiyyata alınmışdır.

Relikt Peruçisa meşəsi.

Peruçisa meşəsinin qorunması və təbii sərvətlərinin saxlanması Suteska milli parkının əsas məqsədlərindən biridir.[2] Ərazidə gedən bütün bioloji proseslər insan əlinin iştirakı olmadan gedir. Ağaclar qocalıb və müxtəlif xətəliklərdən məhv olur, yerində isə təbii şəkildə yeniləri bitir. Meşənin cənub coğrafi mövqeyi buz dövründən qalma istilik sevən heyvan və bitkilərin qorunub saxlanılmasına səbəb olmuşdur. Bölgədə Aralıq dənizi iqlimi hakimdir və buzlaşma meşənin şimal hissələrinə təsir edə bilib. Məhz bu ərazidə buzlaq sirki, moren və qlyasioloji çöküntülər üstünlük təşkil edir. Bölgənin cənub və alçaq hissələri buzlaşmaya məruz qalmayıb və relikt təbiət qorunub saxlanıb.

Peruçisanın bitki aləmində əsasən palıd, ağ şam, küknar, alp palıdı, qara vələs, dağ ağcaqayını üstünlük təşkil edir. Meşədə kolluqlar, ot və mamırlar da geniş yayılıb. Bölgənin ətraflı tədqiqatı hələlik tam yekunlaşmayıb. Ehtimal olunur ki, ərazidə endemik bitkilər yetərincə çoxdur.[3]

  1. "P.K. Encijan : : Foča / Srbinje". 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-22.
  2. "Prašuma Perućica | camo.ch". 2018-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-22.
  3. Perućica - jedina prašuma u Evropi[ölü keçid]