Persicaria hydropiper
Persicaria hydropiper | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Persicaria hydropiper |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Persicaria hydropiper (lat. Persicaria hydropiper) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü.
Haqqında
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 60 sm.-ə qədər olan birillik ot bitkisidir. Qızılcıq fəsiləsinə aiddir. Köklü və budaqlıdır, düyünvari budaqları çıxan nahiyyənin aşağı hissəsindən köklər əmələ gəlir, paycığa yaxın olan belə budaqlar qırmızı rəngə çevrilir. Yarpaqları uzunsov olur, kənarları bütöv, -gödək saplaqlı, yuxarı hissələrindəkilər isə saplaqsızdır.
Yarpaqların budağa birləşən hissəsi bükülmüş vəziyyətdədir. çiçəkləri xırda ağ və ya narıncı rəngdədir. Çiçəklər budaqda oturaq şəkildə bir və ya iki-üç birləşərək sünbülə bənzər çiçək formasında olub, uzunluğu 10 sm.-ə qədər çatır. May ayından başlayaraq sentyabr ayınadək çiçəkləyir. Meyvəsi yumurtavari, tünd qonur rəngli fındıq formasındadır.
Budaq və yarpaqları kəskin, yandırıcı bibəri xatırladır. Quruduqdan sonra tamını itirir. Bitkinin latınca adının mənası onu göstərir ki, bu bitki nəmli yerlərdə bitir və yandırıcı dadlıdır.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 30-90 sm olan birillik bitkidir. Gövdəsi düz, şişman düyünləri qırmızımtıl kiprikli dərivari borucuqla əhatə olunmuşdur. Yarpaqları ardıcıl, uzunsov lansetvaridir.Yaşılımtıl və ya çəhrayı-al-qırmızı xırda çiçəkləri birləşərək sallaq salxım əmələ gətirirlər. Meyvəsi xırda, qara, parıltısız toxumlardır. Qurudulmuş otun yarpaqları yaşıl, iysizdir, azacıq büzüşdürücü dada malikdir. İyul-avqust aylarında çiçəkləyir və meyvə verir.
Mənşəyi və yayılması
[redaktə | vikimətni redaktə et]Su persikariyası boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Atlantik və Orta Avropa, Skandinaviya, Balkan, Aralıq dənizi və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Yaponiya, Çin, Şimalı Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda sу персикарийасы (sу гырхбуьуму) Lənkəran ovalığı, Kür və Naxçıvan düzənliyi, Böyük Qafqazın şərq və qərb, Kiçik Qafqazın mərkəzi və cənub rayonlarında, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.
Ekoloji qrup və bitdiyi yerlər
[redaktə | vikimətni redaktə et]Hiqromezofitdir, sahilyanı və subataqlıq bitkilik tiplərində rast gəlir. Əsasən bataqlıq, çay, su axan və arx kənarlarında enli zolaqlar əmələ gətirir.
Kimyəvi tərkibi
[redaktə | vikimətni redaktə et]Saponin, kumarin, alkaloid, flavonoid, efir yağları, C, D, E, K, PP vitaminləri, karotin, aşı maddələri, steroid, seskviterpenoid və digər bioloji aktiv maddələrlə zəngindir.
Bitkinin yerüstü hissəsində efir yağı (0,5%), qlükozid, 2-2,5% poliqopiperin, flavonoidlər (ramnetin, izoramnetin, rutin, kverçetin, hiperozid, kempferol), aşı maddələri 4%, üzvü turşular (qarışqa, sirkə valerian və alma), K, E vitaminləri, karotin, askorbin turşusu 0,2%, erqosterin, tokoferol, naftoxinon, asetilxolin, dəmir, şəkər və mikroelementlər vardır. Köklərində antroqlükozidlər və aşı maddələri vardır.
Təsiri və tətbiqi
[redaktə | vikimətni redaktə et]Su persikariyası farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, nəfəs yolları, ağciyər vərəmi, sidik kisəsi, bəd xassəli şişlər, malyariya, revmatizm xəstəlikləri, həmçinin babasil, sınıq, burxulma və zədələnmə zamanı istifadə olunur. Antioksidant, bakteriostatik, büzüşdürücü, ağrıkəsici, qansaxlayıcı, işlədici və şualanmadan qoruyucu təsirə malikdir.
Qankəsici (hemostatik) xassəyə malikdir. Hemostatik dərmandır. Ekstraktının uşaqlıq əzələsinə təsiri heç də çovdar mahmızından zəif deyil. Ağrıkəsici xüsusiyyəti də vardır.
Sulu ekstraktı. 70% etil spirtində (1:1) nisbətində.
Anestezol, hemarroy əleyhinə şam (komponent-ekstrakt).
Bitkinin yerüstü hissəsindən ədviyyəli salat, şorba, souslar hazırlanır. Bir dərman bitkisi kimi qədim yunan və romalılara büzücü, malyariya əleyhinə və qankəsici maddə kimi məlum idi. Müasir tibbdə hemoroy, xroniki endometrit, uşaqlıq fibromioması və ağır aybaşı qanaxmalarda istifadə edilir. Yarpaqlarının tərkibində poliqopiperin qlükozidi, flavonoidlər 2,0-2,5% (kverçetin, kverçitrin, kempferol, rutin, ramnazin), kalium duzu, aşı maddələri, pirokatexin qrupu 3,8%, efir yağı 0,005%, qarışqa, fitoserin, filloxinon, tokofepol, valerian, sirkə turşuları, K vitamini 0,78%, karotin 42,35 mq%, C vitamini 200 mq% və 13% küldən ibarətdir. Maye ekstraktını 30-40 damcıdan gündə bir neçə dəfə, dəmləməsi (12:200) xörək qaşığı ilə gündə 3 dəfə uşaqlıq və hemoragik qanaxmalarda, qadınlarda aybaşı ağrılarında işlədilir.
Təbabət praktikasında bitkinin dəmləməsindən və sulu ekstraktından qankəsici dərman kimi uşaqlığın menopagiya və dismenorreya funksiyalarının pozğunluqlarında və hemorradial qanaxmalarda tətbiq edilir. Çovdar mahmızı ilə birlikdə ağrıkəsici kimi təyin edilir. Dəmləməsi 12:200 nisbətində hazırlanaraq, xörək qaşığı ilə gündə 3 dəfə qəbul edilir.
Xalq təbabətində büzücü ağrıkəsici, hemostatik maddə kimi istifadə edilir. Bundan başqa böyrək daşlarının, ödem, mədə xoraları, ekzema, astma, və tiroid xəstəliklərində müalicəsində istifadə edilir. Yaxşı balverən bitkidir.
Əks təsirləri
[redaktə | vikimətni redaktə et]Güclü qanqatılaşdırıcı təsirə malikdir, tromboflebit xəstəliyində zərərlidir.
Qaraciyər xəstəlikləri.
İstifadə olunan hissələri
[redaktə | vikimətni redaktə et]Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi və kökü istifadə edilir.
İstifadə formaları
[redaktə | vikimətni redaktə et]Cövhər, dəmləmə, vanna və mazlar.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
[redaktə | vikimətni redaktə et]Su persikariyası yerüstü hissəsi acı dada malikdir, tərəvəz və yeməklərdə ədviyyat kimi istifadə olunur. Boyaq bitkisidir.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Persicaria acris Gray
- Peutalis hydropiper (L.) Raf.
- Polygonum acre Lam.
- Polygonum gracile Salisb.
- Polygonum hydropiper L.
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Persicaria acris Gilib.
- Persicaria erectominor var. koreensis (Nakai) I.Ito
- Persicaria fastigiatoramosa (Makino) Nakai
- Persicaria fastigiatoramosa var. angustissima (Makino) Nemoto
- Persicaria hydropiper var. angustifolia (A.Braun) Kitag.
- Persicaria hydropiper f. angustissima (Makino) Araki
- Persicaria hydropiper var. densiflora (A.Braun) Akeroyd
- Persicaria hydropiper var. fastigiata (Makino) Araki
- Persicaria hydropiper var. fastigiata (Makino) Araki
- Persicaria hydropiper var. filiformis Araki
- Persicaria hydropiper var. glandulosissima (Gage) H.B.Naithani & S.Biswas
- Persicaria hydropiper subsp. hispida (Hook.f.) Soják
- Persicaria hydropiper subsp. laetivirens (Makino) Soják
- Persicaria hydropiper var. longistachya (Y.L.Chang & S.X.Li) Kitag.
- Persicaria hydropiper var. maximowiczii (Regel) Nemoto
- Persicaria hydropiper subsp. maximowiczii (Regel) Soják
- Persicaria hydropiper var. projecta (Stanford) Moldenke
- Persicaria hydropiper var. sarbhanganica (Subba Rao) S.S.Dash & Bhaumik
- Persicaria hydropiper var. scabrida H.Hara
- Persicaria hydropiper f. scabrida (H.Hara) Hiyama
- Persicaria hydropiper f. viridis Araki
- Persicaria koreana Nakai
- Persicaria koreensis (Nakai) Nakai
- Persicaria koreensis f. viridiflora (S.X.Li & Y.L.Chang) Kitag.
- Persicaria maximowiczii (Regel) Nakai
- Persicaria urens Garsault
- Persicaria urens Montandon
- Persicaria vernalis Nakai
- Polygonum chloroleucon Gand.
- Polygonum ciliare Kitt.
- Polygonum fallacinum Gand.
- Polygonum fastigiatoramosum Makino
- Polygonum fastigiatoramosum var. angustissimum (Makino) Makino
- Polygonum flaccidum var. hispidum Hook.f.
- Polygonum flexuosum Gand.
- Polygonum glandulosum Subba Rao
- Polygonum glandulosum Poir.
- Polygonum gracile R.Br.
- Polygonum gramineum Meisn.
- Polygonum hecasanthum Schur
- Polygonum hispidum Buch.-Ham. ex D.Don
- Polygonum hydropiper var. angustifolium A.Braun
- Polygonum hydropiper f. angustissimum Makino
- Polygonum hydropiper f. ciliare Domin
- Polygonum hydropiper var. densiflorum A.Braun
- Polygonum hydropiper var. fastigiatum Makino
- Polygonum hydropiper var. filiforme (Araki) Araki ex E.Walker
- Polygonum hydropiper var. glandulosissima Gage
- Polygonum hydropiper var. gramineum (Meisn.) Ohwi
- Polygonum hydropiper var. hispidum (Hook.f.) Steward
- Polygonum hydropiper var. laetivirens Makino
- Polygonum hydropiper var. longistachyum Y.L.Chang & S.X.Li
- Polygonum hydropiper var. maximowiczii (Regel) Makino
- Polygonum hydropiper subsp. megalocarpum Danser
- Polygonum hydropiper var. obtusifolium A.Braun
- Polygonum hydropiper var. pauciflorum Klett & Richt.
- Polygonum hydropiper var. projectum Stanford
- Polygonum hydropiper var. sarbhanganicum (Subba Rao) R.C.Srivast.
- Polygonum hydropiper f. vayredae Sennen
- Polygonum hydropiper proles vayredae Sennen
- Polygonum hydropiper var. vulgare Meisn.
- Polygonum kinashii H.Lév. & Vaniot
- Polygonum koreense Nakai
- Polygonum koreense f. viridiflorum S.X.Li & Y.L.Chang
- Polygonum maximowiczii Regel
- Polygonum mite Wall.
- Polygonum obtusifolium Schur
- Polygonum pallidium Gand.
- Polygonum podophyllum Gand.
- Polygonum punctatum H.Lév.
- Polygonum punctatum var. mucronatum Sennen
- Polygonum purpuratum Gand.
- Polygonum sarbhanganicum Subba Rao
- Polygonum schindleri Danser
- Polygonum schinzii J.Schust.
- Polygonum vernale (Nakai) Makino & Nemoto