Pedru Ameriku
Pedru Ameriku | |
---|---|
port. Pedro Américo de Figueiredo e Melo | |
| |
Doğum tarixi | 29 aprel 1843[1][2] |
Vəfat tarixi | 7 oktyabr 1905[1][2] (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | braziliyalı |
Fəaliyyəti | rəssam, şair, romançı, siyasətçi, təbiətşünas |
Təhsili | |
Stil | akademizm |
Mükafatları | Müqəddəs məqbərə ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Pedru Ameriku (port. Pedro Américo de Figueiredo e Melo; 29 aprel 1843[1][2] – 7 oktyabr 1905[1][2], Florensiya, İtaliya) — görkəmli Braziliya akademik rəssamlarından biri. Müəllim və yazıçı kimi də fəaliyyət göstərmişdir.[3]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]1857-ci ildə İmperiya Təsviri İncəsənət Akademiyasında təhsil almaq üçün təqaüd alaraq Rio-de-Janeyro şəhərinə köçmüşdür. Daha sonra təhsilini Avropada davam etdirmişdir. Parisdə Təsviri İncəsənət Məktəbində təhsil almış, Jan Ogüst Dominik Enqrin, İppolit Frandrenin və Kral Vernenin tələbəsi olmuş, əsərləri şöhrət qazanmış və 1868-ci ildə Brüssel Universitetində doktorluq dərəcəsi əldə etmişdir.
Braziliyaya qayıtdıqdan sonra ən məşhur əsərlərindən biri olan "Ya müstəqillik, ya ölüm" rəsm əsərini çəkmişdir. Rəsm əsərində Şahzadə Pedrunun Braziliyanın Portuqaliyadan müstəqilliyini elan etdiyi an təsvir olunur. Rəsm on illərlə Braziliyada ibtidai məktəblər üçün nəzərdə tutulmuş tarix kitablarında istifadə olunmuşdur.
Həyatının çox hissəsini İtaliyanın Florensiya şəhərində keçirsə də, tez-tez Rio-de-Janeyroya gedib-gələn Pedru Ameriku lektor və incəsənət tarixçisi kimi də xidmət vermişdir.
Pedru Ameriku rəssam və diplomat Manuel de Araujo Portu-aleqrenin qızı Karlota de Araujo Portu-aleqri (1844–1918) ilə evlənmişdir və onların uşaqları olmuşdur. Almaniya Tacı Cəngavər Nişanına sahib olmaqla yanaşı Müqəddəs məqbərə ordeni ilə də təltif olunmuşdur. 1889-cu ildə Braziliyanın respublika elan edilməsindən sonra Milli Məclisin deputatı seçilmişdir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Şir
-
İudif və Olofern
-
Kral David və Abisaq
-
Ya müstəqil, ya ölüm
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Itaú Cultural Pedro Américo // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Pedro Américo // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Pedru Ameriku". Dec.Ufcg (portuqal). 14 June 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pedro Américo de Figueiredo e Melo Arxivləşdirilib 2010-06-14 at the Wayback Machine (por.)
- Pedro Américo. Encyclopaedia Itaú Cultural (por.)
- 29 apreldə doğulanlar
- 1843-cü ildə doğulanlar
- 7 oktyabrda vəfat edənlər
- 1905-ci ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- Florensiyada vəfat edənlər
- Rio-de-Janeyroda dəfn olunanlar
- Milli Gözəl Sənətlər Məktəbinin məzunları
- Əlifba sırasına görə rəssamlar
- Braziliya rəssamları
- Paraibada doğulanlar
- Braziliya yazıçıları
- XIX əsr rəssamları
- XX əsr rəssamları
- Braziliyalılar