Pavoniya Ferri
Pavoniya Ferri ― Hudzon çayı üzərində Nyu-York və Cersi-Siti arasında sərnişinləri daşıyan keçmiş bərə xidməti. İstifadə üçün 1854-cü ildə təhvil verilmişdir.[1] 1854-cü ilin fevral ayında Nyu-York ratuşasında aşağı qiymət sayılan $9.050-yə Cersi-Sitinin Pavoniya Ferri şirkətinə satıldı.[2][3][4]
Bərənin adı Pavoniya yaşayış məntəqəsindən götürür, hansı ki 1633-cü ildə ilk öncə Yeni Niderlandın bir hissəsi olaraq Hudzon çayının qərb sahilində salınmışdır və daha sonra Bergen kimi tanınan regionu qədər genişlənmişdir.
1859-cu ilin fevral ayında "Erie Railroad" şirkətini təmsil edən Nataniyel Marş bərəni icarəyə götürdü. Onun başlatdığı bərə marşrutu Manhettenin Çeymbers küçəsindən Hudzon sahilinin digər tərəfindəki Pavoniya prospektinin ətəyinə qədər davam edirdi. Hüquqi problemlər Pavoniya Ferri şirkətinə bu marşrut üzrə bərənin hərəkət etməsinə maneə oldu. "The New York and Erie Railroad" şirkəti sərnişinləri irəli-geri daşımaq üçün illik 9.050 dollar icarə haqqı ödəyirdi.[5] Sonunda dəmir yolu öz terminalını Harsimus adlı keçmiş buxtada qurdu. Şəhərətrafı və uzun məsafəli səyahətçilər çaydan keçmək üçün qatarlardan düşüb qayıqlara keçirdilər. 23-cü küçəyə xidmət 1869-cu ildə başlamışdır.[6]
18 yanvar 1903-cü ildə Nyu-Cersi ştatının Passaik şəhərindən "New York Times" qəzetinə gələn məktubda bir şəxs o vaxt "Erie Railroad" şirkətinə məxsus Pavonia bərə qayıqlarının yararsızlığından bəhs olunurdu. "Onların bütün qayıqları köhnədir, kiçikdir və qızğın saatlarda kütlənin yerləşməsi üçün heç uyğun deyil".[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sale Postponed". The New York Times. February 2, 1854. səh. 6. 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-15.
- ↑ "The Pavonia Ferry Lease Sold At Auction". The New York Times. February 16, 1854. səh. 8. 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-15.
- ↑ "Corporation Doings". The New York Times. February 24, 1854. səh. 4. 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-15.
- ↑ Erie Railroad Terminal Arxiv surəti 4 fevral 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine
- ↑ "Aldermen's Committee On Ferries". The New York Times. February 1, 1859. səh. 5. 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-15.
- ↑ Baxter, Raymond J.; Adams. G., Railroad Ferries of the Hudson: And Stories of a Deckhand, Arcadia Publishing, 1999, ISBN 9780823219544
- ↑ "Pavonia Ferry Service". The New York Times. January 20, 1903. səh. 8. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-15.