Patristika
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Patrístika (latınca pater-ata sözündəndir) — kilsə atalarının VII yüzilliyə qədər yaratdığı fəlsəfəsi və ilahiyyatıdır.
Patristika antik dövrdə quldarlıq quruluşunun böhranı zamanı qnostisizmlə, müxtəlif hereslərlə, bütpərəst dünyagörüşü ilə mübarizədə, və eyni zamanda antik dünyasının müxtəlif fəlsəfi-dini təlimləri ilə mürəkkəb münasibətlərə girərək yaranmışdır.
Patristika dövrü öz növbəsində bir neçə dövrə bölünür:
1. Apologetlərin fəaliyyəti dövrü (II - III əsrlər). [1] Xristianlığın təməl prinsiplərini bütpərəstlərin və yəhudilərin tənqidlərindən müdafiə edən xristian mütəfəkkirləridirlər. Onların fəaliyyət göstərdiyi sahə isə apologetika adlanır. Apologetika - dini təlimin əqlə əsaslanan dəlillərlə müdafiə edilməsidir.
Apologetləri iki hissəyə bölürlər:
- Yunan dilində yazan şərq apologetləri;
- Latın dilində yazan qərb apologetləri.
IV-cü əsrdə Romada Xristianlıq dövlət dini elan edildikdən sonra apologetikaya artıq ehtiyac qalmamışdır. Bundan sonra xristian teoloqları hereslərə qarşı rəddiyyələr yazırdılar.
2. Rəsmi xristian (kilsə) təliminin sistemləşdirilməsi dövrü (IV - V əsrlər). O dövrdə müxtəlif xristian mütəfəkkirlərinin pərakəndə olan fəlsəfi fikirlərinin əvəzinə vahid dini konsepsiya meydana gəlmişdir. Bu işdə ən böyük nailiyyətləri Kappodokiyalı atalar əldə etmişdir.
3. Xristian ehkamlarının möhkəmlənməsi və sabitləşməsi dövrü (VI əsr) (Leontius şərqdə, Boetsius qərbdə). Patristika dövrü VII əsrdə Yohannes Damaskenosun fəaliy-yətindən sonra başa çatmışdır. O, həm də sxolastikanın əsaslarını ifadə etmişdir. Bundan sonra xristian fəlsəfəsində sxolastika dövrü başlanmışdır.
Antik dövrünün fəlsəfəsindən fərqli olaraq, patristika dövrünün fəlsəfəsi teosentrik olub. Teosentrizmə görə hər bir mövcud olan şeyi təyin edən reallıq təbiət deyil, Tanrıdır.
Xristian fəlsəfi ontologiyasının əsasını yaradılış [2], idrak nəzəriyyəsinin əsasını isə vəhy amili təşkil edir. Bütün bu prinsiplər, ümumiyyətlə, təkcə Xristianlığa deyil, həm də Yəhudilik və İslama da aiddir.
Mənbə
[redaktə | mənbəni redaktə et]Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 18-19. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 18-19. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub.
- Catholic Encyclopedia - Patrology
- Könül Bünyadzadə. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk, Bakı, Nurlan, 2006, [1]
- Майоров Г. Г. Формирование средневековой философии: Латинская патристика. Москва: Мысль, 1979 г.
- Протопресвитер Иоанн Мейендорф. Введение в святоотеческое богословие. Arxivləşdirilib 2016-02-10 at the Wayback Machine Нью-Йорк, 1985 (2-е издание — Вильнюс; М., 1992, ISBN 5-900785-14-9; 3-е издание — Клин, 2001, ISBN 5-93313-018-4; 4-е издание — Минск, 2001). Пер. с англ. Ларисы Волохонской.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ApologetlərYunanca “apologetikos” - müdafiə olunan bir şey mənasını daşıyır.
- ↑ Xristian ehkamlarına görə Tanrı hər bir şeyi heç nədən, öz iradəsi və qüdrəti ilə yaradıb. Dünyanı yaradandan sonra isə O, onun varlığını təmin edir. Bu cür dünyagörüşü kreasionizm adlanır (latınca “creatio” - xəlq etmə, yaratma deməkdir).