Pareto qanunu
Pareto qanunu, Pareto prinsipi və ya 20-80 prinsipi – iqtisadçı və sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılmış empirik qaydadır. Mahiyyət etibarilə qısa formada belə qeyd etmək olar : əməyin 20%-i nəticənin 80% ni təmin edir, geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır. Bu qayda, qanun müxtəlif istiqamətli fəaliyyət sferalarında effektivlik faktorlarının analizində istifadə olunur və belə nəticəyə gəlinir ki, planlıaşdırılmış fəaliyyətin əhəmiyyətli hissəsinə ən vacib minimum zəruri resursları cəlb etməklə əldə etmək mümkündür,belə ki, sonraki artımlar və cəhdlər effektiv deyil və ya ümid olunan nəticəni təmin etmir.[1]
Bu qanunun meydana gəlməsi iqtisadçının 20-ci əsrin əvvəllərində vətənində - İtaliyada gəlirlərin bölüşdürülməsi ilə bağlı apardığı araşdırmaların nəticəsilə bağlıdır. Belə ki, müəyyən olunmuşdur ki, sərvətin 80% əhalinin 20%in əlində cəmlənmişdir. Bu maraqlı fakt onu bir qədər fikirləşməyə vadar edir və davamlı apardığı araşdırmalar nəticəsində rəqəmlərin nisbətinin qorunub-saxlanıldığını görür.
20-ci əsrin sonlarında Pareto qanunu çox populyarlaşdı və maraqlıdır ki, o hər sferada işləyirdi.[2]
Pareto qanununun praktiki nümunələri
[redaktə | mənbəni redaktə et]80/20 Prinsipinin ədalətliliyini sübut edən bir çox nümunələri biznesdə də tapmaq olar.
Məhsul çeşidinin 20%-i adətən pul ifadəsində satışdan gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i adətən şirkətə gəlirin 80%-ni gətirir.
Biznesmenlər üçün: Müştərilərin 20% bütöv qazancın 80%-ni gətirir. Məhz bu müştərilər Sizdən xüsusi diqqət tələb edirlər.
Tələbələr üçün: Dərsliyin 20%-i bütöv dərslikdəki informasiyanın 80%-ni təşkil edir. Bu 20%-ə diqqət edin – və vaxt itirmədən yeni kitaba keçin.
Hər kəs üçün: Gündəlik işlərimizin heç də hamısı eyni dərəcəli vacib deyildir. Bu günə planlaşdırdığınız 10 işdən, yalnızca ikisi daha vacibdir, nəinki digər səkkizi.
Bizim cəmiyyəti götürək. Cinayətkarların 20%-i cinayətlərin 80%-ni törədir, sürücülərin 20%-i yol-nəqliyyat hadisələrinin 80%-də günahkardır, nigaha daxil olanların 20%-i boşanmaların 80%-nə cavabdehdir (gah nigaha daxil olub gah da boşananlar statistikanı dəyişərək nigahların stabilliyi haqda bədbin rəy yaradırlar). Nəhayət uşaqların 20%-i öz ölkələrində onlara verilən təhsil imkanlarının 80%-dən istifadə edirlər.
Hətta evdə də: xalçalarımızın 20%-nə onların köhnəlməsinə səbəb ola biləcək amillərin 80%-i təsir edir. Bütün zamanın 80%-də siz malik olduğunuz geyimin 20%-ni geyinirsiniz. Avtomobilin qaçırılma əleyhinə siqnalının işə düşmə hallarının 80%-nə mümkün səbəblərin 20%-i uyğun gəlir.
Daxili yanma mühərriki də 80/20 Prinsipinin ədalətli olduğunu sübut edir. Yanacağın yanmasından əldə olunan enerjinin 80%-i itirilir, təkərlərə isə cəmi 20%-i ötürülür. Bu 20% yanacaq hərəkətin 100%-ni yerinə yetirir.[3]
Qanunun tətbiqi
[redaktə | mənbəni redaktə et]Pareto qanunu və ya 20-80 prinsipi belə qeyd edir ki, minimum sərf olunmuş əmək nəticənin böyük hissəsini təmin edir və bu disproporsiya səbəb və nəticə əlaqələrinin qaçılmaz xüsusiyyətindən irəli gəlir.
Pareto prinsipi öz əhəmiyyətini daha çox iqtisadiyyat sahəsində doğrultmuşdur :
- 20% xammal miqdarı istehsalın 80% həcmini təmin edir
- 20% alıcılar gəlirin 80% i təmin edir
- Satış menecerlərin 80%i satışların 20% -ni reallaşdırır
- İş sferanızda ayırdığınız 20% vaxt müddətində siz 80% işlərinizi görməyi çatdırırsınız.
- İnvestisiya yatırmış şəxs investisiya portfelini təşkil edən pulun 20% dən 80% gəlir əldə edir.
Zipfin ən az səy prinsipi
[redaktə | mənbəni redaktə et]Bu yolu ilk qət edənlərdən biri Harvard universitetinin filologiya professoru Corc K. Zipf olmuşdur. 1949-cu ildə o, ən az səy prinsipini ixtira etmişdir, hansı ki, Pareto prinsipinin yenidən açılmış və ətraflı əsaslandırılmış variantı idi. Zipf prinsipinə görə ehtiyatlar (insanlar, mallar, vaxt, biliklər və ya hər hansı bir məhsul mənbəyi) özünü elə təşkil edir ki, görülmüş işi minimuma endirsin, yəni istənilən ehtiyatın 20-30%-i bu ehtiyatla bağlı olan fəaliyyətin 70-80%-ni hasil edir.
Disbalansın bu dəyişilməz sxeminin təkrarlandığını nümayiş etdirmək üçün Zipf əhalinin statistikasını, filologiya sahəsini və sənaye dinamikasını nəzərdən keçirmişdir. Məsələn, o, 1931-ci ildə Filadelfiya şəhərinin 20 məhəlləsində bağlanan nigahları nəzərdən keçirmiş və göstərmişdir ki, nigahların 70%-i bir-birindən bu ərazinin 30%-indən çox olmayan hissəsində yaşayan insanlar arsında bağlanmışdır.
Yeri gəlmişkən, Zipf iş masasında həmişə səliqəsizlik olmasının elmi izahını vermişdir. O, səliqəsizliyi digər qanunla təsdiqləmişdir: əşyalar bizə onlardan istifadə etdiyimiz dərəcədə yaxın yerləşirlər. Fərasətli katibələr çoxdan başa düşüblər ki, tez-tez istifadə olunan sənədləri tikmək lazım deyil!
Yuranın az, həqiqi vacib haqda qaydası və Yaponiyada iqtisadi yüksəliş.
[redaktə | mənbəni redaktə et]80/20 Prinsipinin ilk təcrübi istifadəçilərindən digəri 1904-cü ildə Rumıniyada anadan olmuş amerikalı mühəndis , böyük keyfiyyət bilicisi İosif Mozes Yurandır, bu insan 1950-1990-cı illərdə keyfiyyət inqilabının başında dayanmışdır. Yuran Pareto prinsipini (və ya onun dediyi kimi, “həlledici rol oynayan az prinsipi”) məhsul keyfiyyətinin artırılması yolunun sininiminə çevirmişdir.
1924-cü ildə Yuran “Bell telefon sistem” konserninin “Vestern elektrik” istehsal şöbəsinə istehsalın təşkili mühəndisi kimi işə daxil olmuşdur. Nəticədə o, dünyada ilk keyfiyyət məsləhətçilərindən birinə çevrilmişdir.[4]
Pareto prinsipi Google şirkətində tətbiqi
[redaktə | mənbəni redaktə et]80/20 prinsipi illərdi ki, Google şirkətində müvəffəqiyyətlə istifadə edilir. Bir zamanlar Google şirkətinin işçiləri iş vaxlarının 20%-ni işin daha yaxşı görülməsi yollarının tapmaları üçün istifadə edirdilər, iş vaxtının qalar hissəsini isə vəzifə cavabdehlərinə uyğun işlərə sərf edirdilər. Sonralar, Google 20%-i azaltdı, lakin bu prinsipdən şirkətdə indi də istifadə edilir. Şirkətin daxili mədəniyyətinə görə, işlərin təkmilləşdirilməsinə sərf edilən zaman gələcəkdə öz bəhrəsini verəcək. 20% və ya daha az (məsələn 10%) zaman ərzində işçi yeni texnologiyalar kəşf edər, biznesin inkişaf etdirilməsi və ya işlərin daha tez zamanda görülməsi üçün təkliflər irəli sürər. Bununla da, davamlı təkmilləşdirmənin “meyvələri” kimi Google-un bir sıra məhsul və xidmətlərini nümunə gətirmək olar (Gmail, Google Talk, Google News və sairə).[5]
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- ↑ "Arxivlənmiş surət". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- ↑ http://science.knote.com/2016/05/31/pareto-principle-and-productivity/[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- ↑ "Arxivlənmiş surət". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.