Pankreatoduodenektomiya
Pankreatoduodenektomiya | |
---|---|
| |
| |
XBT-9 | 52.7 |
MeSH | D016577 |
Vikianbarda əlaqəli mediafayllar |
Pankreatoduodenektomiya, Uippl proseduru (lat. Duodenopancreatectomia, ing. Whipple procedure) — Mədəaltı vəzin bir hissəsinin kəsilib gıtürülməsi məqsədilə icra olunan mürəkkəb cərrahi əməliyyatdır. Bu zaman mədəaltı vəzin bir hissəsi ilə birlikdə öd kisəsi, nazik bağırsağın bir hissəsi (əsasən onikibarmaq bağırsaq), mədənin pilorik hissə —çıxacaq hissəsi və ətraf limfa düyünləri də kəsilib götürülür. Əməliyyat onu ilk icra etmiş amerika cərrahı Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoner ailəsində doğulmuş Allen Uipplin şərəfinə "Uippel proseduru" adlandırılmışdır.
Əməliyyata göstəriş
[redaktə | mənbəni redaktə et]Uippl proseduru adətən mədəaltı vəzi, mədə çıxacağının, onikibarmaq bağırsaq xərçəngində icra edilir. Bəzən bu əməliyyat mədəaltı vəzin xroniki iltihabında da tətbiq olunur.
Əməliyyata hazırlıq
[redaktə | mənbəni redaktə et]- Ultrasəs müayinəsi;
- Kompütertomoqrafiya müaynəsi;
- Qanınlaboraor müayinəsi: lipaza, qələvi foffataza, qamma-qlutamintransferaza, bilirubin.
- Qan qrupu və uyğun ehtiya qan tədarükü.
- Fakultativ olaraq endoskopik retroqrad xolangiopankreatikoqrafiya (ERCP[alm.]) və ya maqnetrezonans xolangiopankreatikoqrafiya (MRCP[alm.]) müayinəsi
Gedişi
[redaktə | mənbəni redaktə et]Əməliyyat qarınüstü köndələn qüvsi kəsiklə və qarın boşluğu açılaraq icra edilir. İlk olaraq metastaz təhlükəsi olan orqanlar: qaraciyər, peritoneum təftiş edilir. Sonra piylik kisəsi lat. ligamentum gastrocolicum — mədə bağırsaq bağı ilə kəsişdiyi yerdən açılaraq mədəaltı vəzi əldə edilir. Onikibarmaq bağırsaq Kocher üsulu ilə mobilizə edilərək mədəaltı vəzin başının hərəkətliliyi yoxlanılır. Əgər hərəkətlilik məhduddursa ya şiş toxuması çöz arteriya və venasına sirayə etmişsə onda reseksiyanın mümkünsüzlüyünə qərar verilir, yalnız çöz arteriyası rezeksiya olunarak rekonstruksiya edilməkləəməliyyat sonayetmiş olur. Digər bir tərəfdən qaraciyər, peritoneum metastazlarının aşkar olunması əməliyyatın davam etdirilməsinə əks göstəriş hesab olunur. Bu hallardan başqa əməliyyat davam etdirilir. Ümumi qaraciyər arteriyası, öd axacağı turniketə alınır. Qapı venası da eyni zamanda dissektion liqaturaya götürülür. Ehtiyatla əvvəlcə mədəaltı vəzin yuxarı kənarı sonra isə başı küt şəkildə aşağı boş venadan soyularaq azad edilir. Bundan sonra mədəaltı vəzin başı ilə cismi arasına Overholt[alm.] sıxacı vasitəsilə tunel açaraq çəkici yüyən qoyulur. Qaraciyər və öd axacaqları bir birindən ayrılır. Öd kisəsi də ardıcılliqla kəsilib götürülür. Sonrakı etapda mədə çıxacağı kəsilib götürülür. Beləliklə onikibarmaq bağırsaq da mədədən ayrılmış olur. Yekunda isə mədəaltı vəzi çəkici yüyən qoyulmuş hissədən kəsilir. mədəaltı vəzin başı liqaturalarla qapı venasıdan və onikibarmaq bağırsaq isə nazik bağısaqdan mobilizə olunaraq kənarlaşdırılır. Kənarlaşdırılan rezektata onikibarmaq bağırsaq, mədəaltı vəzin başı, mədə çıxacağı, öd axacağı öd kisəsi aiddirlər. Həzm yolunu təzədən bərpa etmək məqsədilə nazik bağırsaq ilgəyi ilə mədənin rezeksiya olunmuş hissəsi arasında anastomoz — keçid, qastroentrostomiya qoylur. Kəsilmiş nazik bağırsağın proksimal ucu ilə mədəaltı vəzin qalan cismi və axacağı pankreayeyunostomiya vasitəsilə calanaraq, vəzin şirəsinin bağırsağa axması təmin dilir. Ümumi öd axacağın ucu isə nazik bağırsaq ilgəyinə tikilərək calanır və ödün sərbəst nazik bağırsağaaxması təmin edilir.
Əməliyyatdan sonrakı fəsadlar
[redaktə | mənbəni redaktə et]- Qanaxmalar;
- Pankreatit — mədəaltı vəzin iltihabı;
- Öd və pankreas fistulları;
- Anastomoz çatışmazlığı — anastomoz tikişlərinin bu və ya digər səbəbdən sökülməsi;
- Şəkərli diabet. Vəzin sekresiya etdiyi fermentlər həzm yoluna düşənə qədə aktiv deyillər, ona örə də vəzin öz toxumasını zədələmirlər. Əməliyyat travması ya pankreatit — mədəaltı vəzin iltihabı baş verdikdə onun fermentləri akivləşərək öz toxumasını zədələməyə başlayır. Bu zədə sahəsi Langerhans adacıqlarını da əhatə edərsə insulin hasilatı pozulur, nəticə etibarilə Şəkərli diabetin meydana çıxmasına səbəb olur.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Durst/Rohen: Chirurgische Operationslehre. 2. Auflage, 1996, Schattauer-Verlag (alm.)
- M. Müller: Chirurgie für Studium und Praxis. 8. Auflage, 2006/2007, Medizinische Verlags- und Informationsdienste (alm.)
- Kausch-Whipple-Operation (alm.)