Rodoslu Paneti

Vikipediya, azad ensiklopediya
(Panetius səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Panetius
Παναίτιος
Doğum tarixi təq. e.ə. 185[1][2][…]
Doğum yeri
Vəfat tarixi ən tezi e.ə. 110ən geci e.ə. 109[3]
Vəfat yeri
Dövr Ellinizm
İstiqaməti stoaçılıq
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Panetius (yun. Παναίτιος, m. ö. 180110) — ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı.

Həyatı və əsərləri

[redaktə | mənbəni redaktə et]

Soyca Rodos adasından idi. Sonra Afinaya köçmüş, orada stoaçılar məktəbinin ardıcıllarından biri olmuş, sonralar isə ona başçılıq etmişdir.

Daha sonra Panetius Romaya köçmüş, orada fəaliyyətini davam etdirmiş, həmçinin tanınmış Roma dövlət xadimi və filosofu Siseronun müəllimi olmuşdur.

Panetius həm də “Siyasət haqqında”, “Vəzifələr haqqında”, “Tale haqqında” kimi bir çox kitablar yazmışdır. Ancaq, zamanımıza onların yalnız bəzi fraqmentləri gəlib çatmışdır.

Panetius orta dövrün stoaçısı olaraq, klassik stoa təliminə peripatetikplatonik məktəblərinin elementlərini də qatmışdır. Ona görə də onun təlimi qədim stoaçılardan fərqlənirdi.

Panetius fəlsəfəsini romalıların dünyagörüşünə uyğunlaşdırmışdır. O hesab edirdi ki, platonizmin, peripatetizmin və stoaçılığın mənşəyi eynidir, onlar Sokratdan başlayır. Buna görə də o, stoaçılığa yeni fikirlər gətirmişdir. Belə ki, Panetius başqa stoaçıların kosmosun zaman-zaman odda yanıb məhv olması və onun yenidən yaranması fikrini qəbul etməmişdir[4]. O, Aristotelin dünyanın əbədi olması fikrinə üstünlük verirdi. Həm də Platondan fərqli olaraq o, Panetius ruhun ölməzliyini inkar edirdi[5].

Keçmişdə yaşayan stoaçılar ruhu bədənlə kəskin olaraq fərqləndirmiş, onların bir-biri ilə qarşıdurmada olmalarını iddia etmişdilər. Ancaq, Panetius insanı ruh və bədən vəhdətində olan yetkin bir varlıq kimi təsəvvür edirdi. Eləcədə o, taleyin önəmini inkar etməyərək insan azadlığının da əhəmiyyətini vurğulayırdı[6].

Panetiusun fikrincə hər bir insanda 4 əsas yönəlmə vardır: müdrikliyə, müstəqilliyə, kamilliyəözünü qorumağa. Başqa stoaçılarda olduğu kimi o, həyatın son məqsədini “təbiətə uyğun yaşamaqda” görürdü[7]. Bunu da dünyanı dərk etmək, başqa insanlarla ünsiyyət qurmaq, mənəviyyatı yüksəltmək, həyatı düzənləməklə əldə etmək olur.

Qədim stoaçıların etik təlimlərində xeyrə doğru yönəlmək xoşbəxtliyə aparan yoldur. Bunu da onlar bir mənəvi hal kimi görürdülər. Ancaq Panetius, romalıların dünyagörüşünə uyğunlaşaraq xoşbəxtliyə aparan yol kimi həm də bədənin sağlamlığı və rifahın artması kimi maddi durumları da əlavə etmişdir. Falçılıq və öncədəngörənlik onun tərəfindən rədd edilirdi[8].

Qədim stoaçılar hesab edirdilər ki, müdrik insanın sözündən və davranışlarından hər kəs örnək almalıdır. Panetius isə bunu vətəndaşın dövlət qarşısında sorumluluğu ilə əvəz etmişdir.

  1. Oxford Classical Dictionary (ing.). / S. Hornblower, A. Spawforth, E. Eidinow Oxford: OUP, 2012. ISBN 978-0-19-173525-7
  2. ПАНЕТИЙ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  3. Calogero G. PANEZIO di Rodi // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1935.
  4. Marcus Tullius Cicero. On the Nature of the Gods Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine / Translated by F. Brooks. London: Methuen, 1896, s. 134.
  5. Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886, p. 57.
  6. Асмус В.Ф. Античная философия Arxivləşdirilib 2020-01-28 at the Wayback Machine. М.: Высшая школа, 1976, s. 482.
  7. Об обязанностях // Марк Туллий Цицерон. О старости. О дружбе. Об обязанностях Arxivləşdirilib 2022-03-13 at the Wayback Machine / Перевод В. О. Горенштейна. М.: Наука, 1993, s. 300.
  8. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 314.

Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 175-176. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 175-176. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Столяров А. А. Панетий Родосский. В кн.: Античная философия: энциклопедический словарь. Под ред. М. А. Солоповой. М.: Прогресс-Традиция, 2008. C. 539–542.
  • Иванова Л. А. Панетий как основатель Средний Стои и его философская система // Философия и культура. 2009.№ 7. С.69-78.