Pamflet
Pamflet (ing. pamphlet) — həcmcə böyük olmayan, konkret, əsasən, sosial-siyasi ifşa xarakterli publisistik əsər. Pamflet termini qədim yunan-latın sözü olub "pan" və ya "pam" sözündən olub, "vsyo" yəni "phleqo" - "yandırıram", "alovlandırıram" sözündən götürülmüşdür.
Pamfletdə yaramaz ictimai quruluş, ayrı-ayrı şəxslərin, yaxud müəyyən siyasi partiyanın, qrupun, müəssisənin cinayətkar fəaliyyəti və s. kəskin satira atəşinə tutulur. Pamfletə yaxın publisistik əsərlər hələ antik dövrdən məlum olsa da, janr kimi renessans dövründə formalaşmışdır (Rotterdamlı Erazm, U. fon Hutten, Fransua Rable və başqaları).
Karl Marks, Vladimir İliç Lenin siyasi pamfletin klassik nümunələrini yaratmışlar. Maksim Qorkinin, Vladimir Mayakovskinin, İlya Erenburqun faşizm və imperalizmi ifşa edən pamfletləri məşhurdur.
Satirik publisistikanın bu janrı ən az öyrənilmiş olsa da, bu sahədə ilk tədqiqatlar 1920-1930 illərdə meydana çıxmışdır. Pamflet hadisələri satirik təsvir üsulları və obrazlı təsvir vasitələrinin köməyi ilə əks etdirilir. Buradan da belə məntiqi sual meydana çıxır: əgər pamfletin əksetdirmə üsulu varsa, bu janrın özü hadisələri əksetdirmə üsuluna çevrilə bilər? Məhz bu mənada pamfletin həm janr, həm də üsul kimi müəyyənləşdirilməsi məntiqsiz görünür. Pamfletdəki obraz ümumiləşdirmənin miqyasına, siyasi əhəmiyyətinə görə daha geniş plana malikdir, çünki əsas məqsəd təkcə şəxsiyyəti ifşa etmək deyil, həmçinin onu meydana çıxaran qüvvələri bu əsas üzərində mühakimə etməkdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.444
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Володарский В.М. «Игра в кегли» — анонимный памфлет эпохи Реформации // Феномены истории: К 70-летию Всеволода Львовича Керова: Сб. ст./ РУДН. — М., 1996. С.107-115.
- Шамин С. М. ПОЛЬСКИЙ ПОЛИТИЧЕСКИЙ ПАМФЛЕТ В РОССИИ XVII СТОЛЕТИЯ: ПАРОДИЙНАЯ ПЕРЕДЕЛКА МОЛИТВЫ «ОТЧЕ НАШ» ИЗ ДЕЛА С КУРАНТАМИ 1672 г. //Древняя Русь. Вопросы медиевистики. 2011. № 1(43). С. 107—111.
- Шамин С. М. Памфлет «Рассечение Европы» из дела с курантами 1672 г.//Древняя Русь. Вопросы медиевистики. 2011. № 3 (45). С. 134—135.
- Davies M., Icon líbellorum or a critical History of Pamphlets, L., 1715
- Oldys W., History of tne Origin of Pamphlets, в кн.: Morgan J., Phoenix Britannicus, L., 1732
- Blakey R., History of political Literature from the earliest Times, 2 vv., L., 1855
- Waugh A., The Pamphlet Library, 4 vv., L., 1897—1898
- Hunt R.N.C., Some Pamphlets of the Revolt of the Netherlands against Spain, «English historical Review», 1929, July
- Aiméras H., d’, Les pamphlets sous la régence de Marie de Medicis, «Revue politique et littéraire», 1930, I/III.