Palestina Prima
Tarixi Bizans imperiyası əraziləri | |
Palestina Prima | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Bizans imperiyası |
Bölgə | Şərq diosezi |
İnzibati mərkəz | Kesariya Maritima |
Əsası qoyulub | 390 |
Ləğv edilib | 636 |
Xəritədə yeri | |
Palestina Prima (lat. Palaestina Prima, yun. Πρώτη Παλαιστίνης; mənası – Birinci Fələstin) — Bizans imperiyasında vilayət. 390-cu ildə qurulmuş[1] vilayət 614-cü ildə Sasanilər tərəfindən ələ keçirilmiş, daha sonra 628-ci ildə geri alınmışdır, ancaq 638-ci ildə müsəlmanları tərəfindən birdəfəlik fəth edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ərazi İsavra, Kilikiya, Kipr, Yevfratisiya, Mesopotamiya, Osroena, Finikiya və Araviya Petreya ilə birlikdə Roma imperiyasına aid Şərq diosezinin bir parçası olmuşdur. Bizans imperiyası dövründə inzibati bölgülərə yeni dəyişikliklər edilmişdir. Kilikiya vilayəti Kilikiya Prima və Kilikiya Sekundaya bölünmüşdür. VI əsrdə Siriya Palestina vilayəti Siriya Prima, Siriya Salyutaris, Finikya Lebanensis, Palestina Prima, Palestina Sekunda və Palestina Salyutarisə bölünmüşdür.
Samaritlər xristian dominantlığına baxmayaraq IV–V əsrlərdə Samariya ölkəsində öz muxtariyyətlərini qoruya bilmişdir. Bu muxtariyyət tədricən genişləmiş və üsyanlara səbəb olmuşdur. Həmin dövrdə baş tutmuş dörd əsas samarit üsyanı həmin icmanın demək olar məhvinə gətirib çıxarmış, çoxlu xristian itkilərinə səbəb olmuşdur. VI əsrin axırlarında Bizans imperiyası və onların xristian qəssani müttəfiqləri mübarizədə üstünlük əldə etmişdir.
Palestina Prima və Palestina Sekunda 614-cü ildə birləşmiş Sasani və yəhudi ordusu tərəfindən ələ keçirilir. Bu yürüşdə baş verənlər xristian cəmiyyətini təəccübləndirmişdir. Vilayətdəki şəhərlər yağmalanmış, xristianlar qılıncdan keçirilmiş, kilsələr dağıdılmış və dirildən xaç qarət edilmiş və müharibə qəniməti kimi Ktesifon şəhərinə aparılmışdır. Ərazi fars qoşunlarının geri çəkilməsindən və sonradan yerli yəhudi üsyançılarının təslim olmasından sonra 628-ci ildə Bizans tərəfindən yenidən ilhaq edilmişdir.[2]
Bizans imperiyasının vilayətə nəzarəti 636-cı ildə, Ərəblərin Suriyaya yürüşü əsnasında birədəfəlik itirilmiş, müsəlman isə regionu fəth etmişdir.
Əhali
[redaktə | mənbəni redaktə et]Palestina Prima vilayətinin əhalisi yunan və aramidilli xalqlardan təşkil olunmuşdu. Bunlar arasında yunan və romalı xristianlar əksəriyyəti təşkil edirdi. Samaritanlar ən böyük ikinci əhali qrupu idi ki. Onlar Samariya adlı təpəlik ərazidə yaşayırdı, IV–V əsrlərdə sayları təqribən bir milyon idi. Vilayətdə azlığı təşkil edən yəhudilər, xristian qəssanilər və nəbatilər də var idi. Yəhudilər qonşu Palestina Sekunda da əksəriyyəti təşkil edirdi, qəssanilər və nəbatilər isə Ərəbistan səhrəsında yaşayırdı. Buna baxmyaraq, romalılar da savaşmış yəhudilərin çoxu vaxtında Babilə sürgün edilmişdi.
Din
[redaktə | mənbəni redaktə et]Palestina Prima vilayəti Bizans imperiyasının hakimiyyəti dövründə tədricən xristianlığın mərkəzinə çevrilmişdir. Vilayətdən Yaxın Şərq və Cənubi Avropadan keçmiş Roma və ellinist kultlarını tərk edən çoxlu sayda keşiş və ruhani alim cəlb etmişdir. Xristianlığın arianlıq kimi növləri də özlərini düşmən mühitində tapmışdır.
IV–VI əsrlərdə vilayətdə samaritan və yəhudi etnik-dini icmalar tərəfindən pərəştiş edilən çoxlu Musəvi dinlər də yayğın idi. Buna baxmayaraq, VI–VII müharibə və kütləvi din dəyişmələrinə görə samaritan və yəhudi əhalisi azalmış, nəticə də bu dini inanclar da yayğınlığını itirmişdir. Bizans hakimiyyətinin son dövrlərində sinaqoqların sayı ifrat dərəcədə azalmış, qalanları isə zorakı hadisələr nəticəsində yerlə-yeksan edilmişdi. Hebron şəhəri imperiyası Bizans dövründə sonuncu yəhudi şəhərlərindən biri idi.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lehmann, Clayton Miles. "Palestine: History: 135–337: Syria Palaestina and the Tetrarchy". The On-line Encyclopedia of the Roman Provinces. University of South Dakota. Summer 1998. 2009-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-24.
- ↑ Geoffrey Greatrex, Samuel N. C. Lieu (2002), The Roman Eastern Frontier and the Persian Wars: AD 363-628, p. 196.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Shahîd, Irfan. Byzantium and the Arabs in the Sixth Century, Volume 1. Washington, DC: Dumbarton Oaks. 1995. ISBN 978-0-88-402214-5.