Paçkank
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Paçkank | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Füzuli rayonu |
Xəritədə yeri | |
Paçkank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
Adı
[redaktə | mənbəni redaktə et]Müxtəlif dövrlərə aid tarixi mənbələrdə bu havarın adı Parskank, Parçkank, Pançkank, Payçkan, Pazkan şəklində qeyd edilmişdir.[2]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Arsak vilayətinin cənub-şərq hissəsini təşkil edən Paçkank havarı Qarabağ silsiləsinə keçən əsasən düzənlik əraziyə malik idi. Havar, cənub-qərbdə İşxanaget çayı (müasir adı Quruçay) boyunca Arsak vilayətinin Sisakan-i-Kotak havarı, qərbdə Arsak vilayətinin Myus-Haband havarı, şimal-şərqdə Arsak vilayətinin Muxank havarı, şimalda Utik vilayətinin Tri havarı, şimal-şərqdə Utik vilayətinin Ritpasian havarı, cənubda isə Araz çayı boyunca Paytakaran vilayətinin Vardanakert havarı ilə sərhədlənirdi.[2]
İnzibati baxımdan, tarixi Paçkank havarının ərazisi, Azərbaycan Respublikasının Füzuli rayonunun böyük bir hissəsini əhatə edirdi.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.
- ↑ 1 2 3 4 Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)