Pərviz Məmmədrzayev
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Pərviz Məmmədrzayev | |
---|---|
Pərviz Müzəffər oğlu Məmmədrzayev | |
Doğum tarixi | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Müzəffər Məmmədrzayev |
Fəaliyyəti | Aktyor, rejissor |
İstiqamət | Teatr tamaşaları Bədii Filmlər |
Mükafatları |
Pərviz Məmmədrzayev – Azərbaycan pantomim aktyoru.[1] Azərbaycanın xalq artisti (2018).
Həyatı
[redaktə | mənbəni redaktə et]Pərviz Məmmədrzayev 1994-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirmişdir. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Teatr-studiya 2000-ci ildə Dövlət statusu almışdır. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S. Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B. Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq etmişdir.
Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs almışdır. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak etmişdir. Gürcüstanda keçirilən "Teatr Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, Pantomima Teatrını bu ölkələrdə tanıtmışdır.
2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlamış, həmin ilin may ayında "Simsar" teatr-studiyasını yaratmışdır. Teatr-studiya "Vaqa" adli ilk tamaşasını 2011-ci il yanvarın 27-də göstərmişdir.
2013 – 2016-cı illərdə Akademik Milli Dram teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışmışdır;
2017-ci ildən Azərbaycan Dövlət Musiqili teatrında aktyor kimi fəaliyyət göstərir.
2017-ci il 8 yanvarda təsis olunmuş , yaradılmasında məqsəd müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrı-seçkiliyin qoyulmasına qarşı etiraz, əsas ideyası humanizm, gender problemləri, insan hüquqları və hüquq bərabərliyi olan "Human teatrı"-nın həm təsisçisi və bədii rəhbəridir. Teatr Slavomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" adlı ilk tamaşasını 2017-ci il 29 martda göstərmişdir.
2001-ci ildən isə həm də ADMİU– nun "Xoreoqrafiya sənəti və səhnə plastikası" kafedrasında (Səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə) və həmçinin "Musiqili teatr aktyoru" kafedrasında müəllim kimi fəaliyyət göstərir.
16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti[2], 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.[3]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Fatehlərin divanı-Şaman rəqsinin ifaçısı(dublyor)-(rej. R. Həsənoğlu)
- "Nigarançılıq" (film, 1998)-nökər İsmixan- (rej. R. Həsənoğlu)
- "Dirsə xanın oğlu Buğacın boyu" (film, 2000)-Buğac rolu-(R. Həsənoğlu)
- "Salur Qazanın evi talandığı boy" (film, 2001)-Döyüşçü- (rej. R. Həsənoğlu)
- "Dronqo" (serial, 2002)-Pərviz Acalov- (rej. Z. Royzman) (Rusiya)
- "Əbədi ezamiyyət" (film, 2016)
- "Manqurt" (film, 2003)-Nağılçı, Manqurt-
- "Oyun" (film, 2003)- Seyid Hüseyn- (rej. A. Zamanlı)
- "Fırtına Adamları" (2004)-Qafqazlı quldur-(Türkiyə)
- "Arxada qalmış gələcək" (film, 2004)-Albert- (rej. R. Əsədov)
- "Rus Tərcüməsi" (2005)-mayor Sadek (ərəb)-(rej. A. Çernyayev) (Rusiya)
- "Yalan" (film, 2005)-çavuş Mirzəyev -(rej. R. Əzizbəyli)
- "Bəylik dərsi" (film, 2007)-Yel Əhməd- (rej. R. Həsənoğlu və Ş. Qurbanəliyev)
- "Cavid ömrü" (film, 2007)-Aktyor- (rej. R. Həsənoğlu)
- "Düyün" (film, 2008) (qısametrajlı film)-Əli -(rej. Ə. Cabbarov)
- "Qala" (film, 2008) – Osman -(rej. Ş. Nəcəfzadə)
- "Hökmdarın taleyi" (film, 2008) – Fətəli şah – (rej. R. Fətəliyev və D. Fatxullin)
- "Qış Fantaziyaları" (Yeni il televiziya proqramı) -Kloun Zır-Zır -(rej. R. Həsənoğlu)
- "Bir addım" (film, 2009) (qısametrajlı film) – Yusif – (rej. F. Əhmədov və N. Bağırzadə)
- "Psixiatr" (2009) (qısametrajlı film) – Cəmil – (rej. Zamin Məmmədov)
- "Yaddaş" (film, 2010) (tammetrajli film və serial eyni zamanda) – Həsən – (rej. V. Mustafayev)
- "Biz qalamiziq"-(qısametrajlı film)- Məmməd-(rej. Z. Qaralov)
- "Qorxma, mən səninləyəm! 1919" (film, 2013)-Qoçu Samir-(rej. Y. Qusman)
- "Qaranlıqlar çiçəyi" (teleserial, 2011)-Hüseyn-(rej. M. Ulukhan)
- "Sübhün səfiri" (film, 2012) (tammetrajlı film)-Xanbaba-(rej. R. Həsənoğlu)
- "Dərvişin qeydləri" (film, 2013) (tammetrajlı film)-Dərviş Abdulla(rej. E. Quliyev)
- "Aydın" (teleserial, 2013) — Cövdət — (rej. H. E. Tokyay)
- "100 kağız" (film, 2015) (tammetrajlı film) — Molla — (rej. Ş. Zəkizadə)
- "Əli və Nino" (film, 2015) (tammetrajlı film) — Qoçu — (rej. A. Kapadia)
- "Qırmızı bağ" (film, 2016) (tammetrajlı film) — Montyor — (rej. M. Səlimli)
- Bir zamanlar Şəkidə (film, 2017) (ing. The Game) — Rüstəm — (rej. O. Bayramov)[4]
- "Qul" (film, 2018) (tammetrajlı film) — Rüstəm — (rej. E. Mirzəyev)
- "Yeniçəri" (2019) (bədii serial) — Trabzon valisi — (rej. İ. Şurxovetski)
- "Quyu" (2021) (qısametrajlı film) — İnsan — (rej. R. Kərimzadə)
- "Şeyx Sənan" (2022) (H. Cavidin eyniadlı dramının motivləri əsasında bədii serial) — Platon (rej. X. Abdullazadə, E. Elxanlı)
- "Tağıyev. Neft" (2024) (tammetrajlı film) - Tağıyev (rej. Z.Qasımlı)
Teatr səhnəsindəki rolları
[redaktə | mənbəni redaktə et]Azərbaycan Dövlət Pantomim Teatrı
[redaktə | mənbəni redaktə et]- "Nağaraçılar"-Dikbaş şagird, Müəllim
- "Kvaksafon"-Şikəst Qurbağa.
- "Şərqə səyahət"—Rəngsaz,1-ci Samuray, Keşikçi.
- "Gəldim ki, olam ğəmin hərifi"—Məcnun.
- "Karol"—Nəvə
- "Şəngül, Şüngül, Məngül"—Canavar.
- "Kimdir müqəssir"—Mahmud.
- "Uçuş"—1-ci Saliq.
- "Dulusçu"—Dulusçu.
- "Eşq"—Ulduz, Vərəq, Mürəkkəb damcısı.
- "Kölgə"—Heykəl.
- "Asılqan"—kloun Zır-Zır.
Sərbəst fəaliyyət göstərdiyi dövrdə
[redaktə | mənbəni redaktə et]- "Pyerettanın örtüyü"—Naməlum, Arlekin(beynəlxalq proyekt-Rusiya-Gürcüstan-Azərbaycan)və s.
- "Afinalı Timon"—Rəssam, Senator. ("Zəfər" teatrı)
"Simsar" teatr studiyası
[redaktə | mənbəni redaktə et]- "Vaqa" — Marionet.
- "Şaşa-bulbul" — Şaşa(alov).
- "Tanqo-detektivo" — Detektiv.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
[redaktə | mənbəni redaktə et]- "İlahi oyun"- ("Dədə Qorqud" dastanı əsasında) — Ozan — oğul
- "Generalın son əmri"- Fərari
Azərbaycan Dövlət Musiqili Teatrı
[redaktə | mənbəni redaktə et]- "Nuri-didə Ceyhun" — Ceyhun Hacıbəyli
- "Paris Notr — Dama ithaf" — Klod Frollo
- "Psix" — Psix
- "O olmasın, bu olsun" — Rüstəm bəy
"Human" teatrı
[redaktə | mənbəni redaktə et]- "Mənim" — 1-ci səfil
Quruluşları
[redaktə | mənbəni redaktə et]- "Karol" (S. Mrojek)—rejissor işi
- "Bəylik dərsi" (M. Süleymanlı) teletamaşasında rəqslərin quruluşu
- "Qvazimodo" (V. Hüqo) — qılınc döyüşü və rəqslərin quruluşu(Akademik Milli Dram teatrı)
- "Müsyö Jordan və Dərviş Məstəli şah" (M. F. Axundov) — rəqslərin quruluşu (Akademik Milli Dram teatrı)
- "Uçqun" (T. Cücenoğlu) — rəqs quruluşu(Akademik Milli Dram teatrı)
- "Şeyda" (H. Cavid) — rəqs quruluşu və plastik həll (Akademik Milli Dram teatrı)
- "Onun ürəyi" (qısametrajlı, musiqili film-nağıl) döyüş-rəqsin quruluşu.
- "Vaqa"—rejissor işi ("Simsar" teatr studiyası)
- "Şaşa-Bulbul"—rejissor işi ("Simsar" teatr studiyası)
- "Tanqo-detektivo"—rejissor işi ("Simsar" teatr studiyası)
- "Qladiator döyüşü" —rejissor işi və döyüşlərin quruluşu (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)
- "Mənim"—rejissor işi ("Simsar" teatr studiyası)
- "Tutuquşular"—rejissor işi ("Simsar" teatr studiyası)
- "Xəsis musiqiçi"—rejissor işi ("Simsar" teatr studiyası)
- "Üçüncü" (S. Mrojek "Karol" tragikomediyası əsasında)—rejissor işi ("Human" teatrı)
- "Qara adam" (S. Yeseninin eyniadlı poeması əsasında)—rejissor işi ("Human" teatrı)
- "Pəncərədə meyit" (R. Kuni "Kişi, qadın, pəncərə və meyit" komedyiasi)—rejissor işi (ADMİU)
- "Qar kraliçası" musiqili tamaşası ("Qar kraliçası" nağılının motivləri əsasında—rejissor işi (ADMİU)
- "Novruz və Bahar dastanı" müzikli (2019) — (libretttonun müəllifi, rejissor və xoreoqraf) ("Human" teatrı)
- "Mənim"—rejissor işi ("HUMAN" teatrı- yeni quruluş) (2019)
- "Sirri Ənəlhəqq" (antrepriza) (İ. Nəsiminin qəzəlləri əsasında modern plastik tamaşa) — plastik həll ("Əsa" teatrı) (2019)
- "Çamadan əhvalı" — rejissor işi (Akademik Musiqili Teatrının nəzdində İnklüziv teatr — studiya) (2021)
- "Robot və balerina" — rejissor işi (Akademik Musiqili Teatrının nəzdində İnklüziv teatr — studiya) (2021)
- "Konfet" — rejissor işi (Akademik Musiqili Teatrının nəzdində İnklüziv teatr — studiya) (2021)
- "İskəndərə yeni namə" (İ. Fəhmi) — plastik həll və döyüşlərin quruluşu (Akademik Milli Dram teatrı) (2021)
- "Yel Əhmədin bəyliyi" — (M. Süleymanlının eyniadlı əsərinin motivləri əsasında) — rejissor işi (Füzuli Dram teatrı) (2022)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədrzayev, P. "Artıq mənim missiyam fərqlidir": Pərviz Məmmədrzayev: Sadəcə, öz işimlə məşğul olmaq istəyirəm, heç kimə problem yaratmıramsa, heç kim də mənə problem yaratmasın": [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Ekspress.- 2015.- 21–23 fevral.- S.19.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-12.
- ↑ President.Az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ "Şəkidə və İstanbulda çəkilən "The Game" filminin təqdimatı keçirilib". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.