Oxtar
Tarixi Zəngəzur mahalı əraziləri | |
Ermənistan SSR, Qafan rayonu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Sünik mərzi |
İnzibati mərkəz | Qafan |
Sahəsi |
|
Əhalisi | 87 (2010) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Oxtar (erm. Օխտար) və yaxud Oxdar[1] — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd.
Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[2]
Kəndin toponimləri
[redaktə | mənbəni redaktə et]- Yel piri
- Şərəfverdi
- Yalzəmi
- Midəm düzü
- Tumuyeri
- Sarıbayır
- Çömçəbulaq
- Zoğallar bulağı
- Çanqıllı
- Oğlannıca yaylağı və s.
Folkloru
[redaktə | mənbəni redaktə et]Açması “dəyirman” olan tapmacanın Oxtar variantı[3]:
Atdım atana,
Düzdə kotana,
Çayda balığa,
Çöldə ceyrana.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005.
- Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti». Bakı, "Oğuz eli", 1998.
- Sabir Əsədov, «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası», Bakı, "Gənclik", 1995.
- Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002.
- Zəngəzur Cəmiyyətləri Birliyi: Qafan Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. səh. 328" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ Aybəniz Əliyeva-Kəngərli: Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu