Ovduq-Doğramac
Naviqasiyaya keç
Axtarışa keç
Ovduq, Bozdamaş və ya Doğramac — Azərbaycanın milli yeməyi. Tərkibində xırda doğranmış tərəvəz məshulları, ətirli göyərtilər, suda bişirilmiş qatı yumurta və ət olan soyuq şorbadır[1].
Tarix
[redaktə | vikimətni redaktə et]Ovduq sözünün mənşəyi Tat dili ilə izah olunur. Ov (su) və duğ (ayran) hissələrindən ibarətdir.
Tərkibi
[redaktə | vikimətni redaktə et]- Qatıq – 200q,
- Su – 100 q,
- Təzə xiyar – 100 q.
- Göy soğan – 40 q.
- Keşniş – 10 q.
- Şüyüd – 10 q.
- Reyhan – 5 q.
- Duz – zövqə görə.
- Sarımsaq– zövqə görə.
Hazırlanma qaydası
[redaktə | vikimətni redaktə et]Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranılır, durulaşdırılmış qatıqla qarışdırılır, duz və sarımsaq qatılıb soyuducuya qoyulur. Ovdux soyuq halda süfrəyə verilir. Ovdux, adətən, ətsiz hazırlanır. Müstəsna hallarda ovduxa bişirilib xırda doğranmış mal əti və bərk bişirilmiş yumurta qatılır.