Otşəkilli gəndəlaş
Otşəkilli gəndəlaş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Otşəkilli gəndəlaş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Otşəkilli gəndəlaş (lat. Sambucus ebulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 70–200 (250) sm, gövdəsi düzduran, sadə və ya budaqlanan, şırımlı olan çoxillik ot bitkisidir. Yalançı zoğları yarpaqşəkilli, neştərvari və mişarvaridir. Xoşagəlməyən iyi vardır. Yarpaqları saplaq üzərindədir, 6–9 (11) ədəd yarpaqcıqdan; yarpaqcıqlar neştərvari və ya xətvari-neştərvaridir, sivriləşmişdir, qaidə hissəsi köndələndir, kənarları mişarvaridir, çılpaq və ya alt tərəfdən tükcüklüdür. Çiçəkləri təpə hissədə yerləşən iri qalxanvari-süpürgə yastı çiçək qrupunda toplanmış, üç əsas çox şaxəli budaqları vardır. Tac ağ rəngdə, üst tərəfdən bəzən, çəhrayıtəhərdir. Meyvələri şarşəkilli, qara rəndədir, 3 (4) çəyirdəklidir və diametri 3–4 mm-dir. İyun-avqust aylarında çiçəkləyir, (iyul) avqust-oktyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanın bütün rayonlarında, ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Meşəli rayonların kəsilmiş meşələrində, meşə ətrafında, açıq yerlərdə, yarğanlarda, çay və balaca arx boyunca, bağlarda və bostanlarda rast gəlinir. Cəngəlliklər əmələ gətirir.
Təsərrüfat əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Meyvələri çaxırın boyanmasında, yetişmiş meyvələrindən mürəkkəb hazırlanmasında istifadə olunur. Tibbdə tətbiq edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 269.