Osman Nizami Paşa
Osman Nizami Paşa | |
---|---|
türk. Osman Nizami Paşa | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı | Osmanlı İmperiyası |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1876-1913 |
Rütbəsi | General-mayor |
Döyüşlər |
Balkan müharibələri Rusiya-Osmanlı müharibəsi (1877-1878) |
Osman Nizami Paşa (türk. Osman Nizami Paşa) (1856, İstanbul - 1939, İstanbul) — Türk əsgər və diplomat.
Həyatı
[redaktə | mənbəni redaktə et]1856-cı ildə İstanbulda anadan olmuşdur. 1856-cı ildə İstanbulda anadan olmuşdur. O, Berlində türk səfiri olan Əli Nizami Paşanın oğlu idi. 1876-cı ildə Məktəb-i Sultanini bitirdi. Osmanlı Hərbi Kollecinə daxil oldu və Qərargah zabiti olaraq bitirdi. 1877-ci ildə Rusiya-Osmanlı müharibəsinə qoşuldu.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1908-ci ilin sentyabrından 1913-cü ilin yanvarına qədər Türkiyənin Berlindəki səfiri, 1913-cü ilin iyun ayından dekabr ayına kimi Nəqliyyat naziri vəzifəsində çalışmışdır.
Balkan müharibələrindən sonra sülh komitəsində vəzifəyə təyin edildi. Lakin razılaşmanın şərtləri ağır olduğundan Türkiyənin məğlubiyyəti hesab olunan raqzılaşmanı qətiyyən imzalamayacağını və əgər imzalayarsa, belə bir əlin kəsilməsinin daha uyğun olduğunu söyləyərək sülh heyətindən istefa verdi.
20 avqust 1921-ci ildən 30 avqust 1922-ci ilədək Türkiyə Böyük Millət Məclisinin Romadakı nümayəndəsi kimi xidmət etdi. Cümhuriyyət dövründə heç bir vəzifədə xidmət göstərməmişdir. Bu dövrdə təqaüdə çıxdı. 1939-cu ildə İstanbulda vəfat etmişdir.
Almanca və fransızca səlis danışa bilirdi.