Orxan Seyfi Orxon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Orxan Seyfi Orxon
Doğum tarixi 23 oktyabr 1890(1890-10-23)
Vəfat tarixi 22 avqust 1972(1972-08-22) (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist
Partiyası
  • Ədalət Partiyası[d]

Orxan Seyfi Orxon (türk. Orhan Seyfi Orhon; d. 23 oktyabr 1890, İstanbul - ö. 22 avqust 1972, İstanbul) — türkiyəli şair, jurnalist, yazıçı, naşir, siyasətçi. Türk ədəbiyyatı tarixinə "Beş Hecaçılar" olaraq keçmiş ədəbi cərəyanın şairlərindən biridir. İyirmidən çox şeirinə müxtəlif bəstəkarlar tərəfindən musiqi bəstələnib.

"Akbaba" yumoristik jurnalının və "Çinaraltı" fikir və sənət jurnalı daxil olmaqla, bir çox jurnalların naşiridir. [1]

Orxan Seyfi Orxon 1890-cı ildə İstanbul, Çengelköydə anadan olub. Orta təhsilini 1905-ci ildə Beylerbeyi Rüşdiyesi və 1909-cu ildə Mercan İdadisinde aldı. Təhsil aldığı müddətdə şeirlə maraqlanırdı. Ədəbiyyat müəllimi Cəlal Sahir bəy onu ruhlandırırdı. Əbdülhaq Hamid Tərxan və Tofiq Fikrətin təsiri ilə şeirlər yazdı.[2] O, 1903-cü ildə əruz vəznində yazdığı "Fırtına və qar" şeiri ilə tanındı. Tibb fakültəsində ali təhsilinə başlayan Orxan Seyfi Orxon anesteziyada halı pisləşdiyi üçün tibb təhsilindən imtina etdi və hüquqa yönəldi. [3]

Darülfünun Hüquq məktəbini oxuyarkən "Hıyaban" adlı jurnalı çap etdirərək nəşriyyata başladı. 1914-cü ildə Hüquq məktəbini bitirdi və Məclis-i Məbusanda işə başladı.[2] Bu dövrdə türkçü ziyalılarla görüşdü və araşdırmalarını türkçülük idealı çərçivəsində davam etdirdi. Ziya Göyalpın xəbərdarlığı ilə əruz vəznindən heca vəzninə keçdi.

Mütarikə illəri

[redaktə | mənbəni redaktə et]

Orxan Seyfi Orxon 1918-ci ildə İstanbulun işğal edilib Məclis-i Məbusanın bağlanması ilə jurnalistikaya başladı. Digər tərəfdən də müəllim olaraq fəaliyyət göstərdi. Şeir məqalələri “Türk qadını”, “Böyük məcmuə”, “Sərvəti Fünun”, “Ümid” və “Sabah” jurnallarında işıq üzü gördü. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində “Aydede” jurnalında yumoristik məqalələri çap edildi.

İctimai hadisələri satirik bir üslubda yazdığı şeirlərini 1919-cu ildə “Pəri qızı və Çoban hekayəsi” adlı kitabda yığdı. Orxan Seyfi 1922-ci ildə o vaxta qədər nəşr olunan qəzet və jurnal məqalələrini “Fiskeler” adlı yumoristik kitabında topladı. [4] Həmçinin 1922-ci ildə “Pəri qızı və Çoban hekayəsi” adlı kitabına yeni şeirlər də əlavə edərək “Könüldən səslər” adlı kitabını nəşr etdirdi.

Orxan Seyfi Orxon 1972-ci ildə İstanbulda dünyasını dəyişdi. O, Zəncirliquyu qəbiristanlığında dəfn edildi.

  1. Necati Tonga. "İki bacanağın iki kardeş mecmuası:Akbaba VE Çınaraltı" (PDF) (türk). turkoloji.cu.edu.tr. 4 mart 2016 tarixində arxivləşdirilib (PDF).
  2. 1 2 Alim Kahraman. "ORHON, Orhan Seyfi" (türk). islamansiklopedisi.org.tr. 27 sentyabr 2019 tarixində arxivləşdirilib.
  3. "Orhan Seyfi Orhon" (PDF) (türk). isamveri.org/pdfdkm. 3 mart 2016 tarixində arxivləşdirilib (PDF).
  4. Harun Ceylan. "ORHAN SEYFİ ORHON'UN Fiskeler ADLI KİTABI ÜZERİNE BİR İNCELEME" (türk). turkiyat.gazi.edu.tr. 8 iyul 2013 tarixində arxivləşdirilib.