Ortopedik elektret
Ortopedik elektret - osteoartroz də daxil olmaqla, degenerativ oynaq xəstəliklərinin müalicəsi üçün anodik tantal oksid əsasında implantasiya edilə bilən elektret osteoreparasiya stimulyatorudur.
Tarixi
[redaktə | vikimətni redaktə et]Elektrikin bioloji toxumalara təsirinin öyrənilməsi bundan 2,5 min il əvvələ təsadüf edir. Bu mövzuda ilk elmi iş 16-cı əsrdə həkim və fizik Vilyam Gilbert tərəfindən aparılmışdır. O, ilk dəfə cisimlərin maqnit və elektrik xassələrini ayırıb, onların əsas fərqlərini formalaşdırmışdır. Sübut edilmişdir ki, canlı maddənin istənilən hərəkəti belə ki, fiziki, kimyəvi və ya bioloji səviyyələrdə elektrik prosesləri ilə bağlıdır. Orqanizmdə, orqanlarda, toxumalarda və ya hüceyrələrdə, onun ultrastrukturlarında baş verən hər hansı dəyişiklik elektrik sahələrinin qradiyenti və elektrik yüklərinin ötürülməsi ilə induksiya olunur. Sonrakı əsrlər ərzində müxtəlif ölkələrin alimləri elektrik sahələrinin bədən toxumalarına təsiri ilə bağlı müxtəlif tədqiqatlar həyata keçirdilər.
20-ci əsrin 70-ci illərində Leninqrad Kirov Hərbi Tibb Akademiyasının bir qrup sovet alimi professor V.V.Rutskinin rəhbərliyi altında bir sıra unikal bioloji və klinik təcrübələrə başladılar. Bunun üçün ilk olaraq implantasiya edilə bilən tibbi elektret yaradıldı.[1] Elektrik sahəsinin müsbət təsirlərinə dair 40 ildən çox müddət ərzində aparılan tədqiqatlar insan oynaqlarının artrozunun müalicəsində elektretlərin yüksək effektivliyini göstərdi və klinik praktikada elektretlərdən məhsuldar istifadənin mümkünlüyünü təsdiq etdi.[2]
Materiallar
[redaktə | vikimətni redaktə et]Travmatologiya və ortopediyada toxuma bərpasını stimullaşdırmaq üçün ən yaxşı elektret materiallarından biri anodik tantal oksiddir.[3]
Elektret vəziyyətində olan anodik tantal oksidi ən yaxşı elektretlərdən, tantal isə bütün məlum metalların və ərintilərin bioloji cəhətdən ən uyğun metallarından biri hesab edilir. Tantal həmçinin anodik oksidinə çox yüksək yapışma qabiliyyətinə malikdir və istənilən formalı ortopedik elektretlərin istehsalına imkan verir. Osteoreparasiyanın elektret stimulyatoru tantaldan hazırlanmış silindrik çubuqdur, onun səthində dielektrik əmələ gəlir.
Göstəricilər
[redaktə | vikimətni redaktə et]Ortopedik elektretlərin istifadəsi oynaqların degenerativ-distrofik xəstəliklərinin müalicəsinin digər üsullarına zidd olmamalıdır. Artrozun I və II mərhələlərinin müalicəsində ortopedik elektretlərin implantasiyası ən təsirli üsul hesab edilir.
Üstünlükləri
[redaktə | vikimətni redaktə et]Ortopedik elektretin istifadəsi artrozlu xəstələrə, xüsusən də xəstəliyin I–II mərhələlərində ağrıdan qurtulmağa, təsirlənmiş oynaqda hərəkət diapazonunu artırmağa, patoloji prosesin inkişafını dayandırmağa kömək edir. Belə ki, bu üsul vasitəsilə oynaqların dəyişdirilməsi təxirə salınır və bəzən isə bu üsuldan sonra həmişəlik buna ehtiyac qalmır.[4]
Patentlər
[redaktə | vikimətni redaktə et]Ortopedik elektret klinik sınaqlardan keçmiş, Rusiya Federasiyası, ABŞ, Avropa, İsrail, Yaponiya və bir sıra digər ölkələrdə patentləşdirilmiş, dövlət qeydiyyatından keçmiş və Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir.
İstehsalı
[redaktə | vikimətni redaktə et]Rusiyada ortopedik elektretlərin istehsalçısı 2013-cü ildə məhsulların seriyalı istehsalı üçün yaradılmış Sankt-Peterburqda yerləşən Medel şirkətidir.[5] Şirkət ölkədəki tibb müəssisələrinin klinik praktikasına yeni müalicə üsullarını fəal şəkildə tətbiq edir.[6]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Григорьян А. С., Топоркова А.К. Проблемы интеграции имплантатов в костную ткань. Техносфера. 2007. 128 с.
- ↑ Кулаков А. А., Григорьян А. С. Проблема интеграции в дентальной имплантологии (PDF) // Журнал Стоматология. № 3. Медиа Сфера. 2007. 5–7.Недоступная ссылка|date=Сентябрь 2018 |bot=InternetArchiveBot }}
- ↑ Dente CJ, Wyrzykowski AD, Feliciano DV. "Fasciotomy". Current Problems in Surgery (ingilis). 46 (10). October 2009: 779–839. doi:10.1067/j.cpsurg.2009.04.006. PMID 19735797.
- ↑ Параскевич В. Л. Дентальная имплантология: Основы теории и практики. Минск: Юнипресс. 2002. 368 с.
- ↑ "Прокачайся и иди: как изменился рынок реабилитации в Петебурге". Деловой Петербург. 10 февраля 2021 год. 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
- ↑ "Нестандартный заклад МСП Банк выдает кредиты под залог интеллектуальной собственности". Лента.ру 20 февраля 2021 год. 2021-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.