39°46′42″ şm. e. 45°20′52″ ş. u.HGYO

Ortakənd (Keşişkənd)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ortakənd
39°46′42″ şm. e. 45°20′52″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830
Mərkəzin hündürlüyü 1.350 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.126 nəf. (2011)[1]
Rəsmi dili
Digər
gladzorhamaynq.am/Pages/…
Xəritəni göstər/gizlə
Ortakənd xəritədə
Ortakənd
Ortakənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ortakənd — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]

Rayon mərkəzindən 2 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Başkəndçayın sahilində yerləşir.

Toponim Azərbaycan dilində "iki obyektin arası" mənasında işlənən orta sözü ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qladzor (Qaladərəsi) qoyulmuşdur.

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir[3].

Burada ermənilərlə yanaşı 1897-ci ildə 17 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır[4].

Sonralar — 1929-cu ildə azərbaycanlılar sıxışdırılaraq çıxarılmışdır. İndi yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986.s.871
  4. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93