Opossumlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Opossumlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Opossumlar (lat. Didelphidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Bədəninin uzunluğu 8—50 sm, quyruğu 9—53 sm-dir. Bədəni qısa və yumşaq tüklərlə, bəziləri isə qılanlı uzun tüklərlə örtülüdür, ŞimaliCənubi Amerikada yayılmışdır. 65 növü əhatə edən 12 cinsi var. Meşələrdə və kollu cənkəlliklərdə yaşayır. Boğazlıq dövrü 12—16 gündür; 18 bala doğur. Balalarını 70 gün kisədə gəzdirir. Cücüyeyən və ya hərşeyyeyəndir. Ətindən istifadə edilir.