DMOZ

Vikipediya, azad ensiklopediya
(Open Directory Project səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
DMOZ
Loqonun şəkli
URL dmoz.org
Sahibi Netscape, AOL
Müəllif (lər) Netscape
Açılma tarixi 1998
Bağlanma tarixi 14 mart 2017
Alexa reytinqi
  • 78.263 (28 noyabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur.

Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu[2]) haqqında elandan sonra[3] adı dəyişdirildi və indiki adını aldı.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Dmoz[4] onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun[5] və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol"[6] düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.

Azərbaycanca bölmənin tarixi

[redaktə | vikimətni redaktə et]

30 aprel 2001-ci il tarixdə Açıq Kataloqun "World:Azerbaycani" kateqoriyasının yaradılmasından sonrakı 9 il ərzində buradakı azərbaycanlı redaktorların sayı heç 9-u ötməmişdir. Azərbaycanlı redaktorlardan ən yüksək mərtəbəyə qalxan şəxslərdən birinin istifadəçi adı "tabib"[7] , digərinin adı isə "namiq"dir[8]. Onlar 2001-ci ildə Açıq Kataloqun World:Azerbaycani[9] kateqoriyasının yaradılmasında əsas rol oynamışlar. Bu iki azərbaycanlı redaktorun rus, ingilis və azərbaycan dilində Azərbaycana aid olan bütün kateqoriyalarla yanaşı Azərbaycana aid olmayan bəzi kateqoriyaları da redaktə etmək hüquqları var idi. Lakin hansısa səbəbdən, namiq 23 aprel 2004-cü il tarixdən, tabib isə 19 iyul 2006-cı il tarixdən sonra redaktor hüquqlarından istifadə etməyib. 3-cü azərbaycanlı əsas redaktorun istifadəçi adı isə "editoraz"dır [10] Onun Azərbaycan dilində olan bütün kateqoriyaları və Azərbaycana aid ingilis dilində olan əksər kateqoriyaları redaktə etmək hüququ var. 4-cü və 2011-cu ilin əvvəllərində Açıq Kataloq redaktoru kimi fəaliyyətini davam etdirən 3 azərbaycanlı redaktordan birinin isə istifadəçi adı "salis"dir[11] O, Azərbaycan, özbək, türkmən, uyğur, qırğz, başqırd, tatar dillərindəki saytlar üçün bütün kateqoriyaların və ingiliscə "Azerbaijan"[12], kateqoriyasının redaktoru olmaqla yanaşı, həm də rusca "Азербайджан"[13], "Кыргызыстан"[14] kateqoriyalarını və s. kateqoriyaları da redaktə etmək hüququna malikdir.

  1. Alexa Internet (ing.). 1996.
  2. Dmoz Open Directory Project, Информация о проекте Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine (rusca wikipedia məqaləsi).
  3. The History of the Open Directory Project Arxivləşdirilib 2008-05-16 at the Wayback Machine (1999 il məqaləsi)  (ing.).
  4. "www.dmoz.orq saytının Ana səhifəsi". 2016-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28. (#redundant_parameters); (#redundant_parameters)
  5. "Alexa Internet kataloqu". 2013-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-05. (#redundant_parameters); (#redundant_parameters)
  6. "Açıq Kataloq Proyektində Redaktor ol"[ölü keçid]
  7. Editor: tabib[ölü keçid] (Təbib; 23.04.2000-ci il tarixdə redaktorluğa qəbul edilib).
  8. Editor: namig[ölü keçid] (Namiq Quliyev; 02.04.2001-ci il tarixdə redaktorluğa qəbul edilib; o, həm də rus dilində olan saytıar üçün kateqoriyanın, həmçinin, ingilis dilində olan Russia, EstoniaArgentina kateqoriyalarının da redaktoru idi.
  9. "Açıq Kataıoq; "World:Azerbaycani" kateqoriyası – baş səhifə". 2011-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28. (#redundant_parameters); (#redundant_parameters)
  10. Editor: editoraz Arxivləşdirilib 2014-04-12 at the Wayback Machine. (Anar; 22.06.2002-ci il tarixdə redaktorluğa qəbul edilib).
  11. Editor: salis Arxivləşdirilib 2017-03-02 at the Wayback Machine (Aydın Məmmədov; 23.03.2009-cu il tarixdə redaktorluğa qəbul edilib).
  12. "Açıq Kataloq; "Regional:Asia:Azerbaijan" kateqoriyası – baş səhifə". 2011-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28. (#redundant_parameters); (#redundant_parameters)
  13. "Açıq Kataloq; "World:Russian:Страны и регионы:Азия:Азербайджан" kateqoriyası – baş səhifə". 2010-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-28. (#redundant_parameters); (#redundant_parameters)
  14. "Açıq Kataloq; "World:Russian:Страны и регионы:Азия:Кыргызыстан" kateqoriyası – baş səhifə". 2011-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-29. (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]