Olqa Rozanova
Olqa Rozanova | |
---|---|
Doğum tarixi | 21 iyun (3 iyul) 1886[1][2] və ya 22 iyun (4 iyul) 1886 |
Vəfat tarixi | 7 noyabr 1918[2] (32 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | difteriya |
Dəfn yeri | |
Fəaliyyəti | şair, illüstrasiyaçı[d], boyakar[d], rəssam, kollaj hazırlayan[d], yazıçı, vizual incəsənət rəssamı, incəsənət xadimi, textile artist[d] |
Təhsili |
|
Stillər | suprematizm, neoprimitivizm[d], kubofuturizm[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Olqa Vladimirovna Rozanova (rus. Ольга Владимировна Розанова; 21 iyun (3 iyul) 1886[1][2] və ya 22 iyun (4 iyul) 1886 – 7 noyabr 1918[2], Moskva) — rus avanqard rəssam.
Həyatı
[redaktə | mənbəni redaktə et]Olqa Rozanova 21 iyun 1886-cı ildə Vladimir vilayəti yaxınlığında kiçik bir şəhərdə anadan olmuşdur.
O, 1904-cü ildə Moskvada K. Bolşakov və Konstantin Yuon incəsənət studiyalarına qatılmışdır. Eyni zamanda Stroqanov adına Moskva Dövlət Tətbiqi İncəsənət Universitetində də təhsil almışdır. 1911-ci ildə o, rus avanqard sənət jurnalı, "Gənclər Birliyinin" (Союз Молодежи) ən fəal üzvlərindən biri oldu.
1912-ci ildə Olqa Rozanova Futurist şairlər Velimir Xlebnikov və gələcək həyat yoldaşı Aleksey Kruçenıx ilə dostluq etməyə başladı.
Olqa Rozanova 1916-cı ildə Aleksey Kruçenıx ilə evləndi və Kazimir Moleviçin təsis etdiyi, rus avanqard rəssamların (Aleksandra Ekster, Liubov Popova, İvan Puni, Kseniya Boguslavskaya, Nadejda Udaltsova, Nina Genke və başqaları) olduğu, Supremus (Suprematizm)qrupuna qatıldı. Eyni il digər suprematist rəssamlar ilə Olqa Rozanova Verbovka Xalq Mərkəzində işləyib.
Olqa Rozanova 7 noyabr 1918-ci ildə Moskvada vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Olqa Rozanova. 1886—1918 (rus.). Хельсинки: Художественный музей Хельсинки, 1992. С. 115. ISBN 978-951-8965-12-4
- ↑ 1 2 3 4 The Fine Art Archive. 2003.
- ↑ Olqa Rozanova. 1886—1918 (rus.). Хельсинки: Художественный музей Хельсинки, 1992. С. 118. ISBN 978-951-8965-12-4