36°52′09″ c. e. 174°46′07″ ş. u.HGYO

Oklend Gimnaziyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oklend Gimnaziyası
Xəritə
36°52′09″ c. e. 174°46′07″ ş. u.HGYO
Şüar "Per Angusta Ad Augusta"
(azərb. Qələbə əzm ilə əldə edilir‎)
Əsası qoyulub 1850
Tip ümumi təhsil müəssisəsi
Şagird sayı 2461 (2011)
Tələbə sayı 2.578[1], 2.583[1]
Şəhər Oklənd
Ölkə
Ünvan Yeni Zelandiya, Oklənd
Sayt ags.school.nz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oklend gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur.

Oklend gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir[2].

Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb. Qələbə əzm ilə əldə edilir‎).

Xarici tələbələr

[redaktə | mənbəni redaktə et]

Gimnaziyada 90–100 civarında xarici tələbə təhsil alır. Burada təhsil almaq üçün xarici tələbələrdən ingilis dili bilikləri səviyyəsinin yoxlanılması üçün test imtahanlarının verilməsi, ingilis dili intensiv kurslarını başa çatdırması tələb oluna bilər. Oklend Gimnaziyasında təhsil almaq üçün xarici tələbələr hər il 20,000 ABŞ dolları civarında təhsil haqqı ödəməlidirlər.

Məktəbin görkəmli məzunları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]