Oğuz Kaan Salıcı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oğuz Kaan Salıcı
Vəzifədədir
7 iyul 2018-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1972
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oğuz Kaan Salıcı (1972, Qaziantep) — Türkiyə siyasətçisi və politoloqu. CHP üzvüdür.

Əslən Adıyamana bağlı Besnidəndir. Atası dövlət qulluqçusu, anası isə evdar qadın olmuşdur. O, həyatının çox hissəsini Türkiyənin müxtəlif şəhərlərində keçirmişdir. Təhsil həyatına 1978-ci ildə Adıyaman Cümhuriyyət İbtidai məktəbində başlamışdır. Orta məktəbə 1983-cü ildə Elazığ Anadolu Liseyində başlamış, lakin atasının təyinatı səbəbilə orta təhsilini və liseyi Əskişəhər Anadolu Liseyində bitirmişdir.[1] Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir. O, Sosial Demokrat Universiteti Tələbə Platformasının və Demokratiya Uğrunda Gənclər Platformasının yaradılmasında iştirak etmiş, Sosial Demokratiya Vəqfi və Türkiyə Sosial İqtisadi və Siyasi Araşdırmalar Vəqfinin üzvüdür. 2011-ci ilin sentyabrında CHP İstanbul İl sədri vəzifəsinə təyin olunmuş, 2012-ci ilin mayında İstanbul İl Konqresində İl Başçısı seçilmiş və 2014-cü ilin dekabr ayına qədər bu vəzifədə qalmışdır.[2] XXV, XXVI və XXVII dövrlərdə İstanbul millət vəkili olmuşdur. 10 avqust 2018-ci il tarixindən etibarən CHP sədrinin təşkilatlara cavabdeh müavinidir. O, 1 iyun 2023-cü ildə keçirilən MYK toplantısında istefa ərizəsini sədr Kamal Kılıçdaroğluna təqdim etmiş və MYK-dan istefa bermişdir. İngilis dilini bilir, evlidir.[3]

  1. "Hakkımda". 30 Nisan 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 Haziran 2022.
  2. "Oğuz Kaan Salıcı istifa etti". 15 Aralık 2014. 10 Ağustos 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 Ağustos 2018.
  3. "TBMM internet sitesindeki özgeçmişi". 10 Ağustos 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 Ağustos 2018.