Nordman xulu
Nordman xulu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nordman xulu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır.
Morfoloji əlamətləri
[redaktə | mənbəni redaktə et]Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir. Gebel xulu o biri yarımnövlərdən alçaq və uzunsov quyruq gövdəsi, xeyli kiçik ölçüləri ilə fərqlənir (onun bədəninin uzunluğu, adətən, 10 sm-dən az olur).
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Bütün yarımnövlər nadir hesab olunur və su hövzəsinin müxtəlif regionlarında rast gəlinir. Boqdanov xulu yalnız Dağıstan sahilində, Türkmən xulu Türkmənistan sahilində, Gebel xulu isə Azərbaycan və İran sahillərində qeydə alınmışdır.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Kürüləmə yaz aylarında baş verir. Dişilər təxminən 2 mm ölçüdə kürülər qoyur. Nəsil qayğısına erkəklər qalır. Bu anda o çox aqressiv olur. Döş üzgəci vasitəsilə kürülərin üstün ütəmizləyir və suyu filtirləyir.[1]
Təsərrüfat əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Vətəgə əhəmiyyəti yoxdur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 141.