Norbulinka
Norbulinka (tib. ནོར་བུ་གླིང་ཀ་) — 1754-cü ildə Tibetin Lhasa şəhərində salınmış saray və parkdır. 1780-1959-cu illərdə Dalay Lamaların yay iqamətgahı olub. 1959-cu ildə XIV Dalay Lama Tibeti tərk etmək məcburiyyətində qalıb. 2001-ci ildə "Potala sarayının tarixi ansamblı"na daxil edilib və YUNESKO-nun Ümumdünya İrsi obyektidir[1]. Norbulinka sarayı VII Dalay-lama tərəfindən tikilmiş, inzibati və dini mərkəz kimi xidmət etmişdir.
Norbulinka Sarayı Lhasanın qərb hissəsində, Potala sarayından cənub-qərbdə yerləşir. Norbulinka 36 akr ərazini əhatə edir və Tibetin ən böyük süni parkı hesab olunur[2].
Yay və payız aylarında Norbulinka da daxil olmaqla Tibetdəki parklar rəqs, mahnı, musiqi və şənliklərlə əyləncə mərkəzlərinə çevrilir[3][4]. Norbulinkada hər il "Qatıq Festivalı" keçirilir.
1950-ci ildə Tibetin işğalı zamanı saray kompleksindəki bir sıra binalara ziyan dəyib. Binaların təmiri, bağların və göllərin bərpası kimi yenidənqurma işləri 2003-cü ildə ÇXR hökumətinin təşəbbüsü ilə həyata keçirilib[5].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "World Heritage Committee Inscribes 31 New Sites on the World Heritage List". UNESCO. 2001-12-13. 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-03.
- ↑ "Norbulingka Palace". Tibet Tours. 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-03.
- ↑ 安才旦. Tibet China: travel guide. 五洲传播出版社. 2003. 92–94. ISBN 7508503740.
- ↑ "Norbulingka (the Summer Palace)". Travel China Guide. 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-03.
- ↑ Michael Buckley. Tibet. Bradt Travel Guides. 2006. 142. ISBN 1841621641.