Nikolay Çernışevski
Nikolay Çernışevski | |
---|---|
rus. Николай Гаврилович Чернышевский | |
Doğum tarixi | 12 (24) iyul 1828[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 17 (29) oktyabr 1889[1][2] (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Təhsili | |
Fəaliyyəti | filosof, jurnalist, romançı, yazıçı, ədəbiyyat tənqidçisi, iqtisadçı, publisist |
Əsərlərinin dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay Qavriloviç Çernışevski (12 (24) iyul 1828[1][2], Saratov, Rusiya imperiyası[3] – 17 (29) oktyabr 1889[1][2], Saratov, Rusiya imperiyası[3]) – Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Nikolay Qavriloviç Çernışevski 1828-ci il iyul ayının 24-də Saratov şəhərində keşiş ailəsində doğulmuşdur. 1853-cü ildə Peterburqa köçmüş, "Oteçestvennıe zapiski" jurnalında əməkdaşlıq etmişdir. Nikolay Qavriloviç 1853–1856-cı illərdə "Sovremennik" jurnalının redaktoru və ideya rəhbəri olmuşdur.
1850-ci ildə Peterburq Universitetinin Tarix filologiya fakültəsini bitirmişdir. 1861–1862-ci illərdə "Zemlə i volə" inqilabi təşkilatının ilhamçısı və məsləhətçisi olan Çernışevskinin daim artan nüfuzundan təşvişə düşən çar hökuməti onu 1862-ci ildə həbs edərək, Petropavlovsk qalasına salmış, sonra katorqaya Sibirə ömürlük sürgünə məhkum etmişdir. 1883-cü ildə Çernışevskiyə Həştərxanda yaşamağa, 1889-cu ildə isə Saratova qayıtmağa icazə vermişdir. Çernışevskinin dünyagörüşünün formalaşmasında A. I. Gertsen və V. Q. Belinskinin, həmçinin klassik alman fəlsəfəsinin (xüsusilə L. Feyerbaxın), ingilis siyasi-iqtisadının, fransız utopik sosializminin güclü təsiri olmuşdur. Çernışevski idrak məsələsində qəti materialist mövqedə durmuş, aqnostisizmi kəskin tənqid etmişdir. Çernışevski praktikaya böyük əhəmiyyət vermiş, onu həqiqətən əsl meyar adlandırmşdır.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]1855-ci ildə "Sənətin varlığı estetik münasibətləri" adlı magistrlik dissertasiyası ilə Rusiyada materialist estetikanın əsasını qoymuş, incəsənəti "həyat dərsliyi" adlandıraraq "sənət, sənət üçün" nəzəriyyəsinə güclü zərbə vurmuşdur. Çernışevskinin publisistikası çarizmə, təhkimçiliyə qarşı mübarizəyə həsr olunmuşdur. Onun ədəbi-tənqidi məqalələri qabaqcıl rus ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir göstərmişdir. Həbsdə olarkən Çernışevski 1862–1863-cü illərdə "Nə etməli?" romanını, 1863-cü ildə "Alferyev" povestini, 1864-cü ildə "Kiçik hekayələr" və sairə ədəbi-bədii əsərlərini yazmışdır.
K. Marks və F. Engels Çernışevskinin əsərlərini oxumuş, onu "böyük rus alimi və tənqidçisi " adlandırmışlar. Çernışevski Şərq, eləcə də Qafqaz, o cümlədən Azərbaycan mədəniyyətinə dərin maraq göstərmiş, onu təbliğ etmişdir. 1855-ci ildə Tiflisdə nəşr olunmuş "Zurna" almanaxı haqqında "Sovremennik" jurnalının həmin ilin 7-ci nömrəsində dərc olunmuş resenziyada Çernışevski almanaxın nəşrini müsbət qiymətləndirmiş, onun müəllifləri sırasında M. F. Axundovun adını ikinci çəkmişdir. Tədqiqatçılar S. S. Pencinin 1856-cı ildə rus dilində nəşr etdirdiyi "Koroğlu" eposu haqqında "Sovremennik "in həmin ilin 10-cu nömrəsində imzasız dərc olunmuş resenziyanın da Çernışevskiyə məxsusluğunu göstərirlər. Resenziyada "Koroğlu"dan Azərbaycan xalqının milli ədəbi abidəsi kimi bəhs edilir. Koroğlu xalqın müdafiəçisi kimi qiymətləndirilir, azərbaycanlıların "milli qəhrəmanı ", eyni zamanda "milli şairi" adlandırılır. Çernışevski məşhur şərqşünas alim Kazım bəylə tanış olmuş, ondan şərq dillərini öyrənmişdir. Hələ inqilabdan əvvəl qabaqcıl Azərbaycan ziyalıları Çernışevskinin yaradıcılığına dərin hörmət bəsləmiş, onun irsindən, ideyalarından bəhrələnmişlər.
Nikolay Qavriloviç Çernışevski 1889-cu ildə oktyabr ayının 29-da Saratov şəhərində vəfat etmişdir. Kitabxanalarda N. Q. Çernışevskinin yubileyi ilə əlaqədar geniş tədbirlər həyata keçirilməsini məsləhət görürük.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
- ↑ 1 2 3 4 Чернышевский Николай Гаврилович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Əlamətdar və tarixi günlər təqvimi" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-06-12.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Nə etməli?.-B.: Gənclik,1987.–705 s.
- Sənətin varlığa estetik münasibətləri.-B., 1956. –145 s.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Köçərli F., Rüstəmov I. N. Q. Çernışevski və Azərbaycanda ictimai fikir.–B.: Azərnəşr,1979. – 62 s.
- 24 iyulda doğulanlar
- 1828-ci ildə doğulanlar
- Saratovda doğulanlar
- 29 oktyabrda vəfat edənlər
- 1889-cu ildə vəfat edənlər
- 61 yaşında vəfat edənlər
- Saratovda vəfat edənlər
- Sankt-Peterburq Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Rusiya yazıçıları
- Materialistlər
- Rusiya sosialistləri
- Rusiya filosofları
- Rusiya ədəbi tənqidçiləri