Nikola Tesla muzeyi
Nikola Tesla muzeyi | |
---|---|
serb. Музеј Николе Тесле | |
Əsası qoyulub | 5 dekabr, 1952 |
Açılış tarixi | 5 dekabr 1952 |
Mövzu | elmi muzey |
Ölkə | |
Yerləşir | Belqrad, Krunska 51 |
Direktor | Branimir Covanoviç |
Telefon | 381 (011) 243 3886 |
İş rejimi |
-►Çərşənbə axşamı-bazar günü iş vaxtı: səhər saat 10-dan axşam saat 6-dək -►bazar ertəsi bağlı olur |
44°48′18″ şm. e. 20°28′14″ ş. u.HGYO | |
tesla-museum.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikola Tesla muzeyi (serb. Музеј Николе Тесле / Muzej Nikole Tesle) — Nikola Teslanın işlərini və həyatını əks etdirmək üçün təsis olunub. Bu muzey Serbiyanın paytaxtı Belqradın mərkəzi ərazilərindən birində yerləşir. Burada 160,000-dən çox orijinal sənədlər, 2000-dən çox kitab və jurnallar, 1200-dən çox tarixi texniki eksponantlar, 1500-dən çox fotoşəkil və foto lövhələr, texniki əşyalar, alətlər və cihazlar və 1000-dən çox plan və çertyojlar saxlanılır. Nikola Tesla Arxivi dünyanın elektrikləşmə və bu sahədə gələcək texnoloji irəliləyişin tarixi ilə bağlı kritik rol oynadığına görə 2003-cü ildə YUNESKO-nun Dünyanın xatirəsi proqramında qeydiyyata alınıb.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Nikola Tesla muzeyi Serbiyanın tanınmış memarı Draqişa Braşovanın layihələrinə uyğun olaraq 1927-ci ildə tikilmiş yaşayış villasında yerləşir. Bina Yuqoslaviya Sosialist Federativ Respublikasının qərarı ilə Nikola Tesla muzeyi təsis olunana kimi müxtəlif məqsədlər üçün istifadə olunurdu. Muzey üçün ləvazimatlar Teslanın qardaşı oğlu və ən yaxın qohumu Sava Kosanovic və onun müvəkkili Filip Vittenberqin səyləri nəticəsində 7 sentyabr 1951-ci ildə Belqrada Nyu-Yorkdan gəmi ilə göndərilib.
Bu gün
[redaktə | vikimətni redaktə et]Nikola Tesla muzeyi Teslanın irsini qoruyub saxlamaq və nümayiş etdirmək öhdəliyini yerinə yetirir.
Sərgilər
[redaktə | vikimətni redaktə et]Silsilə sərgilər 1955-ci ildə təşkil edilib. Zaman-zaman bəzi dəyişikliklər baş verib, lakin uzun illər ərzində əsas konsepsiya eyni qalıb. Birinci hissədə ilk öncə xatirə sərgisi başlayır, ikinci hissə isə Teslanın ixtiralarının üçölçülü kompüter qrafikasının yaradılması ilə olan interaktiv hissədir. Müəyyən vaxt ərzində muzey Teslanın ixtiraçı həyatının ayrı-ayrı dövrlərini əks etdirən sənədlər, fotoşəkillər və digər materialların tematik sərgilərini təşkil edir.
Bərpaolunma
[redaktə | vikimətni redaktə et]Nikola Tesla muzeyinin bərpa olunmasına 3 noyabr 2006-cı ildə başlandı. Layihənin birinci mərhələsinin 2006-ci ilin sonuna qədər tamamlanması planlaşdırıldı. Muzeyin damındakı bağçanın pəncərə şüşələri ilə əhatə olunması layihələndirildi.
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Nikola Teslanın xaç suyuna salınma yazısı, 24 iyul 1856.
-
İki fazlı asinxron mühərrikin oxşarı (1887). Teslanın orijinal asinron mühərriki 1887-ci ildən London İmperial Kollecindədir[2]
-
Teslanın prinsipinə görə hazırlanmış asinxron mühərrikin en kəsiyi.
-
Rotoru yumurta formalı (daha çox Kolumb Yumurtası adlanır) asinxron maşın. 1893-cü ildə Ümumdünya sərgisində nümayiş olunub (Çikaqo).
-
Üçfazlı sistem. Elektrik enerjisinin istehsalı, ötürülməsi və istifadəsi nümunəsini göstərir.
-
Qayığın hərəkətinin uzaqdan idarə olunmasını göstərən model.
-
Qayıq nümunəsi üçün uzağa nəzarət bölməsi.
-
Tesla sarğacı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Nikola Tesla's Archive". UNESCO Memory of the World Programme. 2008-05-16. 2009-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr, 2014.
- ↑ "Original Tesla induction motor, 1887-1888". 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr, 2014.