Nika qiyamı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nika qiyamı
Yer Konstantinopol
Tarix yanvar 532
Səbəb Yustinian və iki səlahiyyətli (Kappadokiyalı Con və Tribonian) şəxsin özbaşınalığı və korrupsiyası
Yüksək vergilər
Conun borclulara qarşı qəddarlığı
Əsas məqsəd Yustinianı devirmək
Nəticə Üsyan amansızlıqla yatırıldı, Hippatus (keçmiş imperator Anastasiusun qardaşı oğlu) və tərəfdarları edam edildi
Həlak olanlar 30minə yaxın qiyamçı öldürüldü [1]

Nika qiyamı (yun. Στάσις τοῦ Νίκα) — 532-ci ilin yanvar ayında 1 həftə ərzində imperator Yustinianı devirmək üçün baş verən qiyam. Üsyan bəzən şəhərin tarixi boyunca ən qanlı qiyam olaraq qeyd edilir, Konstantinopol əhalisinin demək olar ki, yarısı yandırıldı, on minlərlə insan öldürüldü.

Qədim Roma və Afinanın demes[2] adlanan assosiasiyası idman oyunları əsasən də at arabası yarışları ilə dəstəklənirdi. İlk başlar yarışlarda oyunçular dörd hissəyə bölünürdü, oyunçular hər hissənin rənginə uyğun uniformalar geyinirdi. Onlar Mavilər (Veneti), Yaşıllar (Prasini), Qırmızılar (Russati) və Ağlar (Albati)[3] idi. 6-cı əsrdə öz aktivliyini qoruyan sadəcə mavilər və yaşıllar idi, hətta imperator Yustinian özü də mavilərin tərəfdarı idi.

Demes artıq Bizansın həm sosial həm də siyasi mövzusu halına gəlmişdi.[4] Onlar artıq küçə quldur dəstələrinin və siyasi partiyaların aspektlərini birləşdirərək, teoloji problemlər və taxt iddiaçıları ilə bağlı mövqe tuturdular. Onlar tez-tez yarışlar arasında siyasi tələblər səsləndirərək imperiya siyasətinə təsir göstərməyə çalışırdılar. Artıq bəziləri onların Yustiniandan daha çox taxta layiq olduğunu düşünürdülər.

531-ci ildə Mavilər və Yaşıllar at arabası yarışlarından sonra çıxan bəzi qətliamlara görə günahlandırılıb həbs edildi.[5] Qatillərin çoxu daha sonra tapıldı və edam edildi. Lakin 532-ci il yanvarın 10-da onlardan ikisi, bir Mavi və bir Yaşıl qaçaraq qəzəbli kütlənin əhatəsində olan kilsədə sığınacaq axtardılar.

Yustinian gərgin idi: İberiya müharibəsi artıq qurtarmaq üzrə idi və onlar farslarla danışıq aparırdılar, bu məqamda Yustinian şəhərdəki qiyamlara vaxt ayıra bilmirdi. Bu səbəbdən Yustinian 13 yanvarda yenidən at yarışlarının keçiriləcəyini və edam qərarlarını sadəcə həbs cəzasına çevriləcəyini elan etdi.

  1. This is the number given by Procopius, Wars (Internet Medieval Sourcebook Arxiv surəti 12 fevral 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-02-12 at the Wayback Machine.)
  2. Joseph Henry Dahmus. The Middle Ages: A Popular History. Doubleday. 1968. səh. 86. ISBN 9780575003156. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.
  3. Gibbon, Edward. The History of the Decline and Fall of the Roman Empire (ingilis). London: Bell & Daldy. 1867. 301. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.
  4. Hugh Chisholm; James Louis Garvin. The Encyclopædia Britannica: A Dictionary of Arts, Sciences, Literature & General Information. Encyclopædia Britannica Company, Limited. 1926. səh. 121. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.
  5. "CLIO History Journal – Justinian and the nike riots". Cliojournal.wikispaces.com. 2012-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.